Türkiyə və Rusiya Suriyada atəşkəsə dair razılığa gəlib
Türkiyə və Rusiya Suriyada ümumi atəşkəsin tətbiq edilməsi haqda razılığa gəliblər. Atəşkəsə dair razılaşma sənədi terrorçular istisna edilməklə Suriyadakı bütün tərəflərə göndəriləcək. Xəbərdə bildirilib ki, ötən gün Türkiyə, Rusiya rəsmiləri və Suriyadakı müxaliflərin iştirakı ilə toplantı keçirilib.
28 Dekabr 2016 12:14 DünyaTürkiyə və Rusiya Suriyada ümumi atəşkəsin tətbiq edilməsi haqda razılığa gəliblər. Atəşkəsə dair razılaşma sənədi terrorçular istisna edilməklə Suriyadakı bütün tərəflərə göndəriləcək. Xəbərdə bildirilib ki, ötən gün Türkiyə, Rusiya rəsmiləri və Suriyadakı müxaliflərin iştirakı ilə toplantı keçirilib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, informasiyaya görə, atəşkəs rejimi uğurlu olarsa, Türkiyə və Rusiyanın vasitəçiliyi ilə Bəşşar Əsədin təmsilçiləri və müxaliflər siyasi müzakirələrə başlayacaq. Müzakirələrin Qazaxıstan paytaxtı Astaanada keçirilməsi nəzərdə tutulur.