Elmin İnkişafı Fondu qrant müsabiqəsi elan etdi
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Fondun Himayədarlar Şurası, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə razılaşdırmaqla və elmi tədqiqatların qrantlar yolu ilə maliyyələşdirilməsinin effektivliyini nəzərə alaraq 2016-cı ildə məqsədli “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsini elan edib. Fondun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, müsabiqə 2016-cı il 21 dekabr tarixində keçirilmiş AMEA-nın Ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasının Azərbaycanda elmlə təhsilin inteqrasiyası istiqamətində müəyyənləşdirilmiş məqsədlərinə də müvafiqdir.
28 Dekabr 2016 11:43 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Fondun Himayədarlar Şurası, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə razılaşdırmaqla və elmi tədqiqatların qrantlar yolu ilə maliyyələşdirilməsinin effektivliyini nəzərə alaraq 2016-cı ildə məqsədli "Elm-Təhsil İnteqrasiyası" müsabiqəsini elan edib. Fondun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, müsabiqə 2016-cı il 21 dekabr tarixində keçirilmiş AMEA-nın Ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasının Azərbaycanda elmlə təhsilin inteqrasiyası istiqamətində müəyyənləşdirilmiş məqsədlərinə də müvafiqdir. Müsabiqə akademik və ali təhsil sistemindəki elmi-tədqiqat müəssisələrinin elmi fəaliyyətini stimullaşdırmaq, modern elmi cihaz, avadanlıq və qurğularla təminatını təkmilləşdirmək, elmin ayrıca götürülmüş sahə və istiqamətlərinin davamlı inkişafını əlavə olaraq dəstəkləmək, kadr hazırlığını təmin etmək məqsədi ilə akademik və ali təhsil qurumlarından olan alimlərin müvəqqəti yaradılmış elmi-yaradıcı kollektivləri tərəfindən təqdim edilmiş fundamental və tətbiqi xarakterli layihələrə müxtəlif maliyyə həcmli qrantlar (hər layihə üçün 100 min manatadək) verilməsi yolu ilə keçirilir. Müsabiqədə iştirak edən müvəqqəti yaradıcı kollektiv formalaşdırılarkən akademik və təhsil qurumlarında olan alimlərin sayında paritet gözlənilməli, ümumi say (rəhbərlər daxil olmaqla) 8 nəfərdən, layihələrin icra müddəti 1 ildən artıq olmamalıdır. Elmin İnkişafı Fondu müsabiqəyə təqdim olunmuş layihələrin elmi ekspertizası işini və qalib layihələrin vaxtaşırı monitorinqini təşkil edəcək. Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci ilin yanvarın 5-dən fevralın 28-i saat 17.00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2017-ci ilin 1-ci yarısında açıqlanması planlaşdırılır.