“Müstəqillik dövrü Azərbaycan Ədəbiyyatı”
Dekabrın 27 – də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanası birgə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş Nizami adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi “Müstəqillik dövrü Azərbaycan Ədəbiyyatı” ikicildliyinin təqdimat mərasimi keçirildi. Tədbirdə görkəmli ədəbiyyatçılar, tənqidçilər və yazıçılar da iştirak etdilər.
27 Dekabr 2016 17:55 SosialDekabrın 27 - də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanası birgə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş Nizami adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi "Müstəqillik dövrü Azərbaycan Ədəbiyyatı" ikicildliyinin təqdimat mərasimi keçirildi. Tədbirdə görkəmli ədəbiyyatçılar, tənqidçilər və yazıçılar da iştirak etdilər.
Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamladı. Tahir Kərimov öz çıxışında bu kitabın əhəmiyyətindən bəhs etdi. " Bu gün biz Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 25 illiyinə həsr olunmuş "Müstəqillik dövrü Azərbaycan Ədəbiyyatı" ikicildliyi, sanballı əsərinin təqdimatına yığışmışıq. Bu kitab təkcə müstəqillik dövründə yaranan ədəbiyyatın salnaməsi deyil, burda Azərbaycanın ikicildlik şanlı müstəqillik yollarına ekskursiya olunub. Ədəbiyyatımızın yaranması, formalaşması, inkişafı məhz müstəqilliyin konteksində nəzərdən keçirilmişdi. Hətta kitabdakı mövzular belə müstəqillik ruhuna uyğunlaşdırılıb. Müəlliflər ənənəvi ədəbi mövzulardan bir balaca kənara çıxmışdılar. Kitabda hər şeyi müstəqilliyin ruhuna uyğunlaşdırıblar. Bu kitabın ərsəyə gəlməsində Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu və İnstitutun direktoru İsa Həbibbəylinin rolu danılmazdı. Kitabın hər bir səhifəsində İsa müəllimin üslubu, ruhu, nəfəsi hiss olunur. Çünki, müstəqillik dövrü ədəbiyyatı İsa müəllimin gözləri önündə yaranıb. İsa Həbibbəyli bu ədəbi proseslərin içində olub, onun önündə gedib".
Tahir Kərimovun çıxışından sonra Milli Kitabxana ilə Nizami adına İnstitut arasında qarşılıqlı müqavilə imzalandı.
Daha sonra çıxış üçün söz Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyevə verildi. Vaqif müəllim təqdimata toplaşanlara öz təşəkkürünü bildirdi. "Müstəqilliklə bağlı olan hər bir şey bizə doğmadı. Bu kitab gənc nəsillər üçün bir sərvətdi. Gənclərimiz daha güclü ədəbiyyat yaratmalıdılar, daha vətənpərvər olmalı, daha da müstəqil şəkildə fikirlərini ifadə etməlidilər. 1800 səhifəlik kitab hamımız üçün faydalıdı" - deyə Vaqif bəy qeyd etdi.
Nizami adına Ədəbiyyat İnsitutunun direktoru İsa Həbibbəyli öz çıxışında bu günün nəsrinin daha güclü olmalı olduğunu vurğuladı. "Kitabda əsas ana fikirimiz odur ki, müstəqillik dövrünün ədəbiyyatı var. Müstəqəllik dövrünün ədəbiyyatı müstəqillik aktından sonra yaranmayıb. Kitabın əvvəlində istiqlal uğrunda mübarizə aparan yazıçılardan bəhs etmişik. Müstəqil ədəbiyyatımız o zamandan formalaşmağa başladı. Bu günün ədəbiyyatını yaradanlar sırasında 50 - cilər, 60 - cılar da fəal iştirak ediblər.
Kitabda yaşlı, orta və ən çox da gənc nəsl ədəbiyyatçılarına önəm vermişik.
"Müstəqillik dövrü Azərbaycan Ədəıbiyyatı" kitabı həm də institutumuzun illik hesabatıdı".
İsa Həbibbəyli Nizami adına Ədəbiyyat İnstitutunda olan yeniliklərlə də tədbir iştirakçılarını məlumatlandırdı. Belə ki, yaxın günlərdə Ədəbiyyat İnstitutunda elektron oxu zalı açılacaq.
Ədəbiyyat İnstitutunun şöbə müdiri Tehran Alışanoğlu Azərbaycan Müstəqilliyinin 25 - illiyinə həsr olunmuş kitabın - " Müstəqillik dövrü Azərbaycan Ədəbiyyatı" kitabı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Daha sonra təqdimatda AMEA - nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Milli Məclisin üzvü Səyyad Aran, fililogiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı çıxış etdilər.
NigarNigar