Çövkən Milli Atüstü Oyunu üzrə “Prezident Kuboku”nda finalçılar məlum olub
“Binə Atçılıq Mərkəzi”nin qapalı manejində Çövkən Milli Atüstü Oyunu üzrə “Prezident Kuboku”nun yarımfinal mərhələsinə yekun vurulub. Əvvəlcə meydana “Sərhədçi” və “Qarabağ” komandaları çıxıblar. Görüş “Sərhədçi” komandasının 2-0 hesablı qələbəsi ilə başa çatıb. Digər yarımfinal görüşündə isə “Polad” komandası “Köhlən” kollektivini 5-1 hesabı ilə məğlub edib. Dekabrın 28-i Saat 15:00 -da 3-cü yer uğrunda görüş başlayacaq. Meydana “Qarabağ” və “Köhlən” komandaları çıxacaqlar. Saat 16-da isə final oyunu keçiriləcək. Prezident kuboku uğrunda “Sərhədçi” və “Polad” komandaları üz üzə gələcəklər.
27 Dekabr 2016 17:48 İdman"Binə Atçılıq Mərkəzi"nin qapalı manejində Çövkən Milli Atüstü Oyunu üzrə "Prezident Kuboku"nun yarımfinal mərhələsinə yekun vurulub. Əvvəlcə meydana "Sərhədçi" və "Qarabağ" komandaları çıxıblar. Görüş "Sərhədçi" komandasının 2-0 hesablı qələbəsi ilə başa çatıb. Digər yarımfinal görüşündə isə "Polad" komandası "Köhlən" kollektivini 5-1 hesabı ilə məğlub edib. Dekabrın 28-i Saat 15:00 -da 3-cü yer uğrunda görüş başlayacaq. Meydana "Qarabağ" və "Köhlən" komandaları çıxacaqlar. Saat 16-da isə final oyunu keçiriləcək. Prezident kuboku uğrunda "Sərhədçi" və "Polad" komandaları üz üzə gələcəklər.