On bir evi qarət edənlər yaxalanıb
Oğurluq etdiyinə görə tutulmuş Sumqayıt şəhər sakini Elvin Nəsrullayevin ətrafında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən istintaq əməliyyat tədbirləri aparılıb. DİN-dən verilən məlumata görə, aparılmış əməliyyat tədbirləri ilə onun həmyerliləri, əvvəllər məhkum olunmuş Hikmət Fərəcov, Həsən Mehdiyev, Qəmbər Məmmədov və Asim Abbasov ilə birgə oktyabrın 22-dən dekabrın 7-dək şəhər ərazisindəki 11 evdən və 1 qarajdan təmir-tikinti alətləri, qızıl və məişət əşyaları oğurladıqları müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində H.Fərəcov, H.Mehdiyev, Q.Məmmədov və A.Abbasov da tutulublar. Faktlarla bağlı cinayət işi aşılıb, araşdırma aparılır.
27 Dekabr 2016 17:29 KriminalOğurluq etdiyinə görə tutulmuş Sumqayıt şəhər sakini Elvin Nəsrullayevin ətrafında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən istintaq əməliyyat tədbirləri aparılıb. DİN-dən verilən məlumata görə, aparılmış əməliyyat tədbirləri ilə onun həmyerliləri, əvvəllər məhkum olunmuş Hikmət Fərəcov, Həsən Mehdiyev, Qəmbər Məmmədov və Asim Abbasov ilə birgə oktyabrın 22-dən dekabrın 7-dək şəhər ərazisindəki 11 evdən və 1 qarajdan təmir-tikinti alətləri, qızıl və məişət əşyaları oğurladıqları müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində H.Fərəcov, H.Mehdiyev, Q.Məmmədov və A.Abbasov da tutulublar. Faktlarla bağlı cinayət işi aşılıb, araşdırma aparılır.