Qanunsuz ceyran ovu ilə məşğul olan ata və oğul tutulub
27 Dekabr 2016 17:46 KriminalSalyanda qanunsuz ceyran ovu ilə məşğul olan şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Salyan RPŞ və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı rayonun Həsənli kənd sakini Seyfəli Süleymanovun və oğlu Şaiqin yaşadıqları evdən 1 ədəd müvafiq sənədləri olmayan "İJ-27" markalı, həyətdəki "VAZ-2107" markalı avtomobildən isə müvafiq sənədləri olan "İJ-58" markalı, 1 ədəd müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "TOZ-8" markalı ov tüfəngləri və 16 ədəd patron, habelə yardımçı təsərrüfatdan 2 baş ceyran aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31