Nazirlik zona müşavirəsi keçirəcək

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 2016-ci ilin dekabr ayının 28-də Ucar rayonunda (Ucar, Ağdaş, Göyçay, Zərdab və Kürdəmir rayonları üzrə), dekabr ayının 29-də isə Şəki rayonunda (Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonları üzrə) heyvandarlıqla məşğul olan fermerlər, süni mayalanma və baytarlıq mütəxəssislərinin iştirakı ilə zona müşavirələri keçiriləcək. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, zona müşavirələrinin gündəliyinə rayonlar üzrə heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili mövzusunda məruzələr, habelə “Heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili və mövcud olan heyvan cinslərinin məhsuldarlığının yüksəldilməsi yolları”, “Yem istehsalında yeni texnologiyaların tətbiqi”, “Respublikanın müxtəlif bölgələri üzrə heyvanlarda rast gəlinən infeksion və invazion xəstəliklər və onlara qarşı mübarizə tədbirləri” kimi mövzularda təqdimatlar daxildir.

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 2016-ci ilin dekabr ayının 28-də Ucar rayonunda (Ucar, Ağdaş, Göyçay, Zərdab və Kürdəmir rayonları üzrə), dekabr ayının 29-də isə Şəki rayonunda (Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonları üzrə) heyvandarlıqla məşğul olan fermerlər, süni mayalanma və baytarlıq mütəxəssislərinin iştirakı ilə zona müşavirələri keçiriləcək. Bu barədə nazirlikdən "Olaylar"a verilən məlumata görə, zona müşavirələrinin gündəliyinə rayonlar üzrə heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili mövzusunda məruzələr, habelə "Heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili və mövcud olan heyvan cinslərinin məhsuldarlığının yüksəldilməsi yolları", "Yem istehsalında yeni texnologiyaların tətbiqi", "Respublikanın müxtəlif bölgələri üzrə heyvanlarda rast gəlinən infeksion və invazion xəstəliklər və onlara qarşı mübarizə tədbirləri" kimi mövzularda təqdimatlar daxildir. Təqdimatlar Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik, Heyvandarlıq və Baytarlıq Elmi-Tədqiqat İnstitutlarının və Respublika Süni Mayalama Mərkəzinin əməkdaşları tərəfindən ediləcək. Müşavirələrdə yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə fəaliyyətlərin genişləndirilməsi, istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri müzakirə ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31