Netanyahu Tereza Meylə görüşdən imtina etdi

İsrail Baş naziri Benyamin Netanyahu Böyük Britaniya Baş naziri Tereza Meylə görüşdən imtina edib.  Bunu jurnalistlərə açıqlamasında İsrail Baş naziri Benyamin Netanyahu özü söyləyib. Onun belə addım atmasına səbəb Britaniyanın BMT Təhlükəsizlik Şurasında İsrailin Fələstin ərazilərində apardığı məskunlaşma siyasətini tənqid edən qətnamənin lehinə səs verməsi olub.

Qeyd edək ki, Netanyahu ilə Meyin görüşü Davos forumu çərçivəsində baş tutmalı idi. İsrail BMT-də qəbul edilən qətnaməyə görə artıq ABŞ, Seneqal və Yeni Zelandiyadan öz səfirlərini geri çağırıb. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31