Atletlər kəndindəki evlər satışa çıxarılacaq
Bakıda 2017-ci ildə İslam Həmrəylik Oyunlarının keçirilməsindən sonra Atletlər Kəndi şirkətə qaytarılacaq.
27 Dekabr 2016 16:27 SosialBakıda 2017-ci ildə İslam Həmrəylik Oyunlarının keçirilməsindən sonra Atletlər Kəndi şirkətə qaytarılacaq. Bunu gənclər və idman naziri Azad Rəhimov 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Nazir bildirib ki, İslam Həmrəylik Oyunlarından sonra qarşıda elə böyük idman tədbirinin keçirilməsi gözlənilmir:
"Ona görə də Atletlər kəndi şirkətə qaytarılacaq. Atletlər kəndi sahibkara qaytarıldıqdan sonra yəqin ki, o evlər satışa çıxarılacaq".
A.Rəhimov əlavə edib ki, İslam Həmrəylik Oyunlarının keçirilməsinə ümumilikdə 100 milyon dolların xərclənməsi nəzərdə tutulur. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31