Arzu Rəhimov Mingəçevirdə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov yanvarın 18-də Xidmətin Mingəçevir şəhər şöbəsinin inzibati binasında vətəndaşları qəbul edəcək. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı qurumun mətbuat xidməti yayıb. Qəbulda Gəncə, Mingəçevir şəhərlərinin, Goranboy, Göygöl, Daşkəsən və Samux rayonlarının sakinləri iştirak edəcək. Qəbula yazılmaq istəyən vətəndaşların 16.01.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon, şəhər şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.
27 Dekabr 2016 16:23 SosialAzərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov yanvarın 18-də Xidmətin Mingəçevir şəhər şöbəsinin inzibati binasında vətəndaşları qəbul edəcək. "OLAYLAR"-ın xəbərinə görə, məlumatı qurumun mətbuat xidməti yayıb. Qəbulda Gəncə, Mingəçevir şəhərlərinin, Goranboy, Göygöl, Daşkəsən və Samux rayonlarının sakinləri iştirak edəcək. Qəbula yazılmaq istəyən vətəndaşların 16.01.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon, şəhər şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.