2016-cı ildə idmançılarımız 837 medal qazanıblar

Yola saldığımız ildə Azərbaycan idmançıları irimiqyaslı beynəlxalq turnirlərdə 837 medal qazanıblar.

Yola saldığımız ildə Azərbaycan idmançıları irimiqyaslı beynəlxalq turnirlərdə 837 medal qazanıblar. Bu medallardan 297-si qızıl, 250-si gümüş, 290-nı isə bürüncdür. "OLAYLAR"-ın GİN-in mətbuat katibliyinə istinadən verdiyi xəbərə görə,  bu sözləri gənclər və idman naziri Azad Rəhimov 2016-cı ilin idman yekunları ilə əlaqədar dekabrın 27-də keçirilən mətbuat konfransında deyib. Azad Rəhimov qeyd edib ki, 2016-cı ildə respublikamızda fəaliyyət göstərən federasiyalarla birlikdə Azərbaycanda 200-dən çox yarış təşkil olunub. Cari ildə Azərbaycan 52 beynəlxalq turnirə yüksək səviyyədə ev sahibliyi edib. Nazir deyib ki, müxtəlif idman növləri üzrə yığma komandaların hər biri 12 gündən az olmayaraq, 100-dən çox təlim-məşq toplanışında iştirak ediblər. Gənclər siyasəti isə il ərzində  150 tədbir keçirilib. Onlardan 120 yerli,  30 isə beynəlxalq səviyyəli olub. Cari ildə 228 nəfər xarici ölkələrə ezam olunub, 790 nəfər isə Azərbaycan Respublikasında qəbul edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31