“Müstəqillik ulduzları” adlı konsert proqramı keçirilib

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə “Müstəqillik ulduzları” adlı konsert proqramı keçirilib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə "Müstəqillik ulduzları" adlı konsert proqramı keçirilib. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, dövlət qurumlarının və ali təhsil müəssisələrinin rəhbərləri iştirak edib. Konsertdə müstəqillik illərində müxtəlif respublika və beynəlxalq müsabiqələrin qalibləri, diplomantları milli və dünya klassiklərinin əsərlərini səsləndiriblər. Konsert proqramı tədbir iştirakçıları tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31