Əsgərləri daşıyan hərbi maşın dərəyə aşdı: yaralılar var - FOTO
27 Dekabr 2016 13:25 DünyaTürkiyədə hərbçiləri daşıyan maşın dərəyə yuvarlanıb. İHA xəbər verir ki, Ispartanı Davraz Xizək Mərkəzi ilə birləşdirən yolda dərəyə aşan hərbi maşındakı əsgərlərdən 3-ü yaralanıb. Əldə edilən məlumata görə, yaralı əsgərlər dərhal təcili tibbi yardım briqadasının ilkin tibbi yardımından sonra yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Xəstəxanadan edilən açıqlamada əsgərlərin səhhətinin normal olduğu deyilir. İlkin iddialara görə, qəzaya səbəb yolun buzlu olması göstərilir. Milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

