DGK proqnoza 124 faiz əməl edib

2016-cı ilin sonuna bir neçə gün qalmasına baxmayaraq, dekabrın 27-nə olan məlumata görə, Dövlət Gömrük Komitəsi cari ildə nəzərdə tutulan 1 milyard 810,0 milyon manat illik büdcə proqnozuna qarşı 2 milyard 246,66 milyon manat gömrük vergi və rüsumunu toplayaraq proqnoza 124,12 % əməl edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 654,8 milyon manat və ya 41,1% artıq deməkdir. Bu barədə Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Azərbaycan Gömrük Xidməti gələcəkdə də respublikamızın iqtisadi inkişafına təkan verməklə ölkənin iqtisadi qüdrətinin artırılmasında, dövlət başçısının həyata keçirdiyi siyasi kursun reallaşmasında, eləcə də büdcə öhdəliyinə dair tapşırıqların yerinə yetirilməsi istiqamətində üzərinə düşən vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığını əsirgəməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31