Külli miqdarda pirotexniki vasitələr aşkar edilib

Külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən “Olaylar” a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. Belə ki, idarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı minik avtomobilinə stasionar qurğuda gömrük baxışı keçirilib. Gömrük baxışı zamanı minik maşınının yuxarı dam hissəsində gömrük nəzarətindən gizlədilmiş 115 200 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən "Olaylar" a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. Belə ki, idarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz Sprinter" markalı minik avtomobilinə stasionar qurğuda gömrük baxışı keçirilib. Gömrük baxışı zamanı minik maşınının yuxarı dam hissəsində gömrük nəzarətindən gizlədilmiş 115 200 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31