Multikulturalizmə həsr olunmuş konsert keçirilib

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində 2016-cı il “Multikulturalizm ili”nə həsr olunmuş konsert keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev, Alban-Udi Xrsitian İcmasının sədri Robert Mobil və digər qonaqlar iştirak ediblər. Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin “Aysel” rəqs kollektivinin ifasında “Sarı gəlin”, “Dənizçi”, “Qarabağ”, “Qaraçı”, “Arzular” və dünya xalqlarının rəqsləri nümayiş olunub.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində 2016-cı il "Multikulturalizm ili"nə həsr olunmuş konsert keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev, Alban-Udi Xrsitian İcmasının sədri Robert Mobil və digər qonaqlar iştirak ediblər. Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin "Aysel" rəqs kollektivinin ifasında "Sarı gəlin", "Dənizçi", "Qarabağ", "Qaraçı", "Arzular" və dünya xalqlarının rəqsləri nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31