Moskvada qadını girov götürən şəxs intihar edib

Moskvada polislərə atəş açan və bir nəfəri girov götürərək mənzillərin birində gizlənən şəxs özünə qəsd edib. Məlumata görə, girov götürülmüş qadın azad edilib.  Silahlı şəxsin saxlanılması üçün 8 saat hazırlanan əməliyyatda polis, Milli Qvardiya, FHN və İstintaq Komitəsinin əməkdaşları iştirak ediblər. 

Qeyd edək ki, soyğunçuluqda şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açıb. Nəticədə beş nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açıb.  APA.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31