Məhbuslar arasında turnir keçirilib

Penitensiar xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”nə həsr olunmuş dama və şahmat turnirləri keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən “OLAYLAR”-a bildirilib ki, tədbirin rəsmi açılış mərasimində 8 saylı Cəzaçəkmə Müəssisəsinin Tərbiyə işləri üzrə rəis müavini vəzifəsini müvəqqəti icra edən, ədliyyə polkovnik – leytenantı Müşviq Məcidov, Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin inspektoru, ədliyyə mayoru Qaçay Musayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın dama və şahmat idman növləriü üzrə koordinator – kuratoru Salman Əbdülov öz çıxışlarında keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili və idmana maraqlarının artırılması sahəsində əhəmiyyətini vurğulayıb, iştirakçıları Milli Dirçəliş günü münasibətilə təbrik etmiş, onlara müvəffəqiyyətlər arzulayıblar.

Penitensiar xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq "31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü"nə həsr olunmuş dama və şahmat turnirləri keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən "OLAYLAR"-a bildirilib ki, tədbirin rəsmi açılış mərasimində 8 saylı Cəzaçəkmə Müəssisəsinin Tərbiyə işləri üzrə rəis müavini vəzifəsini müvəqqəti icra edən, ədliyyə polkovnik - leytenantı Müşviq Məcidov, Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin inspektoru, ədliyyə mayoru Qaçay Musayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın dama və şahmat idman növləriü üzrə koordinator - kuratoru Salman Əbdülov öz çıxışlarında keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili və idmana maraqlarının artırılması sahəsində əhəmiyyətini vurğulayıb, iştirakçıları Milli Dirçəliş günü münasibətilə təbrik etmiş, onlara müvəffəqiyyətlər arzulayıblar. Olimpiya sistemi üzrə keçirilən turnirlərdə dama üzrə I yeri Süleymanov Əhliman, II yeri Kazımov Arzu, III yeri Bağırov Zaur, şahmat üzrə I yeri Babayev Oqtay, II yeri Süleymanov İftixar, III yeri Şirinov Vaqif tutmuşlar. Qalib şəxslər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31