Ali Devrimin xatirəsi anılıb
Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin mərhum müdiri Ali Devrimin xatirəsinə həsr olunmuş mərasim keçirilib.
26 Dekabr 2016 16:20 SosialTürk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin mərhum müdiri Ali Devrimin xatirəsinə həsr olunmuş mərasim keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, mərasimdə çıxış edən təhsil ocağının müdiri Musa Ediz mərhum barədə xatirələrini dilə gətirib. Onun sözlərinə görə, Ali Devrim Azərbaycanı o qədər çox sevirdi ki, hətta səhhətində yaranan problemləri belə arxa plana qoymuşdu: "O ömrünü Türk dünyasına, Azərbaycana həsr etmiş biri idi. Bakı Atatürk Liseyi, bu məktəbin şagirdləri üçün gecə-gündüz çalışdı. Sizlər, litseyin şagirdləri öz bilik və bacarıqlarınızla daim öndə olmalı, qazandığınız uğurlarla Ali Devrim hocamızın ruhunu şad etməlisiniz".Liseyin müəllimi Vilayət Qurbanov, valideyn Nadir Azəri çıxış edərək Ali Devrim haqqında xatirlərini dilə gətiriblər. Mərasimdə həmçinin, məktəbin şagirləri Zəhra Şabili, Qənirə Məmmədli, Şəmsiyyə İsmayıllı, Sevinc Məmmədova və Fidan Abbasovanın mərhum haqqında hazırladıqları yazı və şeirlər, Ayan Məmmədlinin ifasında isə Ayrılıq mahnısı dinlənilib, həmçinin, Zümrüd Hüseynli, Səbinə Hüseyn, Aydan Qasımlı və Çilənay Rzasoylunın hazırladıqları video-çarx nümayiş olunub.