“Prezident İlham Əliyev Sizin arxanızdadır, Sizin dostunuzdur”

"Media, ümumiyyətlə, bütün dünyada cəmiyyətin ən nüfuzlu ictimai institutudur. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına və qarşıdakı əlamətdar bayramlara həsr olunmuş tədbirdə çıxışı zamanı deyib: “Ona görə də ümummilli lider hər zaman medianı cəmiyyətin əsas mexanizmlərindən, əsas ictimai institutlarından biri səviyyəsində görür və dəyərləndirirdi.

Əli Həsənov:  "Düşünürəm ki, siz də köməyinizi dövlətdən və xalqdan əsirgəməyəcəksiniz"

"Media, ümumiyyətlə, bütün dünyada cəmiyyətin ən nüfuzlu ictimai institutudur. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına və qarşıdakı əlamətdar bayramlara həsr olunmuş tədbirdə çıxışı zamanı deyib: "Ona görə də ümummilli lider hər zaman medianı cəmiyyətin əsas mexanizmlərindən, əsas ictimai institutlarından biri səviyyəsində görür və dəyərləndirirdi. Təsadüfi deyil ki, media azadlığı, siyasi plüralizm Azərbaycan Konstitusiyasına cəmiyyətin əsas aparıcı meyillərindən, atributlarından biri kimi ümummilli liderin təşəbbüsü ilə daxil edilib. Heydər Əliyev 1998-ci il 6 avqust tarixli Fərmanla media üzərindən bütün dövlət-ictimai tənzimləmə mexanizmlərini aradan qaldırdı və media özünü tənzimləmə yoluna qədəm qoydu. Sonradan Mətbuat Şurası yaradıldı. Beləliklə, media-dövlət-cəmiyyət münasibətləri, medianın fəaliyyətinin əsas istiqamətləri müəyyənləşdirildi".

Əli Həsənov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev media ilə bağlı fikirlərini dəfələrlə səsləndirərək müasir Azərbaycan cəmiyyətini və dövlətini azad mediasız, siyasi plüralizmsiz təsəvvür etmədiyini deyib: "Prezident İlham Əliyev qeyd edib ki, azad media Azərbaycan cəmiyyətində mühüm rola malikdir. Buna görə də dövlətimizin başçısı KİV-in inkişafı, söz və mətbuat azadlığının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir".

Xalqın milli iradəsini dövlətçiliyin mühüm amili kimi dəyərləndirən Əli Həsənov vurğulayıb: "KİV bir tərəfdən cəmiyyətdə milli iradənin formalaşmasında iştirak edir, digər tərəfdən bizim intellektli jurnalistlərimiz yaxşı nümunələri cəmiyyətə təlqin edir və beləliklə, bu prosesdə mühüm rol oynayır. Əslində bu gün Azərbaycan dövləti mediaya həm də cəmiyyətlə, xalqla dövlət arasında əlaqə vasitəsi kimi baxır. Media vasitəsilə biz öz fikirlərimizi, siyasətimizi xalqa çatdırırıq, eyni zamanda, dövlətimiz, siyasətimiz, hakimiyyətimiz haqqında cəmiyyətin rəyini öyrənirik".

Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, dövlət yeddi ildir Fond vasitəsilə mediaya şəffaf şəkildə yardım göstərir. Bu məqsədlə 27 milyon manata yaxın birbaşa vəsait yönəldilib: "Bilirsiniz ki, təxminən bir o qədər də vəsait jurnalistlərin digər qayğılarına, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsinə və digər məqsədlərə yönəldilib. Ulu öndər Heydər Əliyev qəzetlərin dövlətə olan borclarını dondurub, nəşriyyatda onlara güzəştli şərait yaradılıb, KİV bir sıra vergilərdən azad olunub. Bir sözlə, media dövlətin bütün qayğı mexanizmərindən, resurslarından istifadə edib və etməkdədir. Prezident İlham Əliyevin təşəbbüsü ilə jurnalistlər üçün yaşayış binası tikilib və mənzillər pulsuz paylanılıb. Hazırda daha bir binanın tikintisi gedir. Yəqin ki, gələcəkdə bunun davamı da olacaq. Bütün bunlar ona görə edilir ki, siz Azərbaycan cəmiyyətindəki ictimai funksiyanızı, rolunuzu bundan sonra da dolğun şəkildə və bacarıqla həyata keçirəsiniz. Bu baxımdan biz bir tərəfdən jurnalistlərin peşəkarlığının, vətənpərvərlik hisslərinin artırılması, digər tərəfdən də KİV-in maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər görürük və görməkdə davam edəcəyik. Prezident İlham Əliyev Sizin arxanızdadır, Sizin dostunuzdur", - deyə Prezidentin köməkçisi diqqətə çatdırıb.

Azərbaycanın bu gün dünyada böyük nüfuz və hörmət qazandığını deyən Əli Həsənov bildirib: "Biz bu gün böyük erməni lobbisi, diasporu ilə qarşı-qarşıyayıq. Böyük islamafob dairələrlə üz-üzəyik. Regionda və beynəlxalq aləmdə Azərbaycanı istəməyən missioner təşkilatlar var ki, onlar xalqımızın birliyini, inkişafını görmək istəmir və qarşımızda müxtəlif maneələr yaradırlar. Bütün bu sahələrdə jurnalistlərin köməyinə ehtiyacımız var və düşünürəm ki, siz də bu köməyinizi dövlətdən və xalqdan əsirgəməyəcəksiniz". "Olaylar"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31