Azərbaycanda qeyri-neft sektorunun inkişafı
Dünyada baş verən qlobal iqtisadi geriləmə ölkəmizə də təsirsiz ötüşməyib. Lakin Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar sözügedən böhranın təsinirini minimuma endirə bilib. Xüsusən, qeyri-neft sektorunun inkişafı ölkə qitisadiyyatının müqavimət gücünü artırıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev deyir ki, son illərdə dünyada müxtəlif səbəblərdən iqtisadi tənəzzül meyllərinin artması, o cümlədən də 2014-cü ilin yayından etibarən birjalarda neftin qiymətinin 4 dəfəyədək aşağı düşməsi qlobal miqyasda iqtisadi gərginliyi əhəmiyyətli dərəcədə artırıb.
26 Dekabr 2016 14:55 SosialAğalar Vəliyev: "Ölkə iqtisadiyyatının mənfi qlobal təsirlərə müqavimət gücüni artırıb"
Dünyada baş verən qlobal iqtisadi geriləmə ölkəmizə də təsirsiz ötüşməyib. Lakin Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar sözügedən böhranın təsinirini minimuma endirə bilib. Xüsusən, qeyri-neft sektorunun inkişafı ölkə qitisadiyyatının müqavimət gücünü artırıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev deyir ki, son illərdə dünyada müxtəlif səbəblərdən iqtisadi tənəzzül meyllərinin artması, o cümlədən də 2014-cü ilin yayından etibarən birjalarda neftin qiymətinin 4 dəfəyədək aşağı düşməsi qlobal miqyasda iqtisadi gərginliyi əhəmiyyətli dərəcədə artırıb. Hazırda qlobal məkanda yaranan çağırışlara uyğun yeni iqtisadi inkişaf hədəflərinin müəyyənləşdirilməsi dünya ölkələri üçün son dərəcə aktual məsələyə çevrilib. Dünya miqyasında baş verən mənfi proseslər qlobal iqtisadiyyata sıx inteqrasiya edən Azərbaycana da öz mənfi təsirini bu və ya digər dərəcədə göstərir. Ən azından onu vurğulamaq lazımdır ki, dünya birjalarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi respublikamızın valyuta daxilolmalarını azaldıb. Bununla belə, yeni iqtisadi şəraitdə də ölkəmiz inkişafa istiqamətlənib. Bu baxımdan Azərbaycanda Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən milli iqtisadiyyatımızın ayrı-ayrı sahələri üzrə aparılan islahatlar böyük aktuallıq daşıyır. Qarşıya qoyulan əsas məqsəd ölkəmizin yaranmış vəziyyətdən mümkün qədər minimal itkilərlə çıxmasına nail olmaqdan və inkişafın ardıcıllığını təmin etməkdən ibarətdir: "Təkcə son beş ildə ümumi daxili məhsulun tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi 20 faiz artaraq 70 faizə yüksəlib, ölkə üzrə bu sektordan ixracın həcmi isə 60 faizdən çox artıb. Azərbaycanda zamanında qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində saxlanılması və bu sahədə nəzərəçarpacaq uğurların qazanılması indiki qlobal çətinliklər şəraitində ölkənin inkişafa istiqamətlənməsini şərtləndirən əsas amillərdən biri qismində çıxış edir. Məhz neftdənkənar iqtisadiyyatın inkişafının nəticəsidir ki, ölkəmizdə qlobal kataklizmlərin təsiri nisbətən az hiss olunur və başlanan islahatlar sayəsində ölkə iqtisadiyyatının mənfi qlobal təsirlərə müqavimət gücü artır. Yeni şəraitdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında başlanan islahatlar yaxın perspektivdə ölkə iqtisadiyyatının neft amilindən asılılığını tamam aradan qaldırmağa hesablanıb. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, aparılan islahatlar konseptual xarakter daşımaqla konkret hədəflərə istiqamətlənib". Onun sözlərinə görə, yeni iqtisadi islahatlara uyğun olaraq istər ölkədə iqtisadi fəallığın təmin olunması, istərsə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan bank-maliyyə sektorunda sağlamlaşdırma tədbirləri görülür: "Ölkədə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən bankların konsolidasiyası həyata keçirilir. Əmanətlərin sığortalanması da ölkənin bank sisteminin sağlamlaşdırılması istiqamətində atılan mühüm addımdır. Prezident İlham Əliyevin imzaladığı "Əmanətlərin tam sığortalanması haqqında" Qanuna əsasən, banklarındakı bütün əmanətlər qarşıdakı 3 il müddətində tam sığortalanacaq. Yeni iqtisadi şəraitdə ölkənin maliyyə sektorunun dayanıqlılığını təmin edilməsi və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirilməsi baxımından Prezident İlham Əliyevin 3 fevral 2016-cı il tarixli müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmasının mühüm əhəmiyyəti var". Millət vəkili əlavə edib ki, yeni dövrün tələbinə uyğun olaraq hazırda ölkəmizdə ixracın təşviqi sistemi işə salınıb: "Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərmanda 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Fərmana əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulur. Dövlət başçısının bu yaxınlarda imzaldığı müvafiq Fərmana əsasən isə xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılmasına , "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə start verilib". Deputat bildirib ki, yeni şəraitdə respublikada biznes mühitinin daha da optimallaşdırılması istiqamətində qətiyyətli addımlar atılır. Belə ki, 2015-ci ilin sonlarından etibarən Prezident İlham Əliyev ölkədə biznes mühitinin yaxşılaşdırılmasına, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına, onların hüquqlarının daha dolğun şəkildə qorunmasına hesablanan bir sıra sənədlər imzalayıb: "Dövlət başçısının qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə göndərdiyi sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi parlamentdə qəbul edilib. Bundan başqa, Prezident İlham Əliyev "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" müvafiq Fərman imzalayıb. Çox haqlı olaraq bu addımlar Azərbaycanda sahibkarlıq sahəsində inqilabi dəyişiklik kimi qiymətləndirilir. Bəhs olunan hər iki sənəd dövlət başçısının sahibkarlara açıq dəstək verdiyini, onların arxasında dayandığını təsdiqləyir. Beləliklə, ölkəmizdə sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb. Dövlət başçısının imzaladığı Fərmana əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsinə başlanılıb". Onun sözlərinə görə, ölkədə vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünün azaldılması, gömrük daxilolmalarının sadələşdirilməsi, şəffaflığın artırılması istiqamətində görülən ciddi tədbirlər də iqtisadi aktivliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, respublikada çevik idarəetmənin təmin olunması məqsədilə institusional islahatlara başlanılı: "Ölkədə qeyri-neft sənayesinin potensialının gücləndirilməsinə, innovasiyatutumlu istehsalatların yaradılmasına, regional sənaye quruculuğuna böyük önəm verilir. Respublikamızda dövlət başçısının siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən iqtisadiyyatın neftdənkənar sahələrinin inkişafı strategiyasında həmçinin kənd təsərrüfatında intensiv metodlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olunması, respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması əsas hədəflərdən biri kimi nəzərdə tutulub. Bu da təsadüfi deyil. Azərbaycan kənd təsərrüfatının geniş inkişaf perspektivlərinə malik olan ölkədir. Son illərdə görülmüş tədbirlər sayəsində bir sıra pozisiyalar üzrə daxili ərzaq təminatının sırf yerli istehsal hesabına ödənilməsi böyük nailiyyətdir. Hazırda aqrar sektorda istehsal və ixrac imkanlarının artırılması məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilir. Cari ildən başlayaraq ayrı-ayrı bölgələrdə texniki bitkilərin becərilməsinə, o cümlədən pambıqçılığın, tütünçülüyün, baramaçılığın inkişafına həm güclü siyasi dəstək verilir, həm də fermerlərə hərtərəfli maddi kömək göstərilir. Həyata keçirilən bu və ya digər islahatlar yeni şəraitdə ölkəmiz üçün böyük inkişaf perspektivləri vəd edir. Şübhə yoxdur ki, islahatların, başlanmış böyük işlərin nəticələri gələcək illərdə özünü göstərəcək".
Alim