AÇG-nin işlənməsinə dair yeni razılaşma nə vəd edir?

Ötən həftənin ən diqqət çəkən hadisələrindən biri “Azəri-Çıraq-Günəşli” yatağının 2050-ci ilədək işlənməsinə dair razılaşmanın imzalanması oldu. Məlum olduğu kimi həftə sonu SOCAR Tower-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yatağının 2050-ci ilədək gələcək işlənməsinə dair razılaşma prinsiplərinin imzalanması mərasimi keçirilib. Görüşü SOCAR-ın prezidenti Rövnəq Abdullayev açaraq, tərəfdaşları salamlamış və AÇG-nin gələcək işlənməsinə dair ABƏŞ səhmdarları ilə aparılan danışıqların müsbət nəticə verdiyini bildirib. Layihənin uğurlarında əməliyyatçı şirkət BP başda olmaqla, xarici tərəfdaşların rolunu yüksək qiymətləndirən Rövnəq Abdullayev Azərbaycan hökumətinin bu layihəyə böyük önəm verdiyini və xarici sərmayədarlarla imzalanmış sazişlərin bütün müddəalarına indiyə qədər tam əməl olunduğunu vurğulayıb.

İlham Şaban: "Azəri-Çıraq-Günəşlidən gələn gəlirlər 2020-2035-ci illərdə Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər xüsusi çəkiyə malik olacaq"

Ötən həftənin ən diqqət çəkən hadisələrindən biri "Azəri-Çıraq-Günəşli" yatağının 2050-ci ilədək işlənməsinə dair razılaşmanın imzalanması oldu. Məlum olduğu kimi həftə sonu SOCAR Tower-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yatağının 2050-ci ilədək gələcək işlənməsinə dair razılaşma prinsiplərinin imzalanması mərasimi keçirilib. Görüşü SOCAR-ın prezidenti Rövnəq Abdullayev açaraq, tərəfdaşları salamlamış və AÇG-nin gələcək işlənməsinə dair ABƏŞ səhmdarları ilə aparılan danışıqların müsbət nəticə verdiyini bildirib. Layihənin uğurlarında əməliyyatçı şirkət BP başda olmaqla, xarici tərəfdaşların rolunu yüksək qiymətləndirən Rövnəq Abdullayev Azərbaycan hökumətinin bu layihəyə böyük önəm verdiyini və xarici sərmayədarlarla imzalanmış sazişlərin bütün müddəalarına indiyə qədər tam əməl olunduğunu vurğulayıb.

ABƏŞ səhmdarları adından çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel AÇG yatağının operatoru olaraq qazanılmış uğurlarda Azərbaycan hökumətinin və onun təmsilçisi olan SOCAR-ın dəstəyini xüsusi qeyd etmiş, buna görə təşəkkürünü bildirib. mişdir. O, deyib ki, yeni saziş AÇG-nin gələcək uğurlu işlənməsinin və həm də Azərbaycanın enerji tarixinin yeni bir səhifəsinə yol açmağa imkan verir. Sözügedən razılaşma bundan sonra da AÇG-yə iri-həcmli sərmayələrə yol açacaq. Bu razılaşma AÇG yatağının 2050-ci ilədək işlənməsini əhatə edəcək və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını əlavə edəcək. Hazırda AÇG-dən hasilat gündəlik təxminən 620000 barel neft ekvivalenti səviyyəsindədir Niyyət məktubu AÇG yatağının gələcək işlənməsi üçün əsas kommersiya şərtlərini razılaşdırır və tərəflərə növbəti bir neçə ay ərzində danışıqları başa çatdırmaq və tam razılaşdırılmış sazişləri yekunlaşdırmaq imkanı yaradır.

Məlumat üçün qeyd edək ki, AÇG yatağının işlənməsi üçün mövcud hasilatın pay bölgüsü haqqında saziş 1994-cü ilin sentyabr ayında 30 illik müddətə imzalanıb. Yataqdan neft hasilatı 1997-ci ilin noyabr ayında başlanıb. Bu vaxtadək yataqdan 3 milyard bareldən çox neft hasil edilib və təxminən 33 milyard dollar sərmayə qoyulub.

Bəziləri məlum sazişin imzalanmasına zərurət olmadığınə iddia etsə də, lakin neft və qaz üzrə ekspertlər, mütəxəssislər hesab edirlər ki, Azəri-Çıraq-Günəşli üzrə yeni Hasilatın Pay Bölügüsü Sazişinin imzalanması zəruri idi və bu zərurəti meydana gətirən bir çox səbəblər var. Neft və qaz məsələləri üzrə ekspert İlham Şaban da bu qənaətdədir: "Sual edilir ki, Azərbaycan hökumətinin nəyinə gərəkdi BP ilə yeni HPBS müqaviləsi imzalamaq. Özü də uzunmüddətli dövr üçün.

Əvvəlki müqavilənin başa çatmasını 2024-cü ilin sonuna qədər gözləmək olmazdımı və sonra Milli Neft Şirkəti öz qüvvəsi hesabına AÇG-də qalmış karbohidrogen ehtiyatlarını çıxarardı. Nəticədə xeyir ancaq özümüzə qalardı. Əslində qoyulan suallar məntiqlidir. Ancaq burada bəzi nüansları da nəzərə almaq lazımdır. Belə ki, vaxtilə bu yolla Səudiyyə Ərəbistanı getmişdi və dünyanın neft nəhəngi olan Exxon-un lisenziyasını 1979-cu ildən sonra uzatmamaq gərarına gəlmişdi. Beləcə Saudi Aram Co. şirkəti yaranmışdı. Azərbaycan da istəsəydi Britaniya ilə müştərək neft müəssisəsi yarada bilərdi və bu şirkət üçüncü ölkələrdə neft hasilatı da həyata keçirərdi. Ancaq görünür ki, rəsmi Bakı hasilat məsələsinin kapitalyönlü sahə olduğunu yaxşı başa düşür və gələcək planlarında neft ticarəti, nəqli, emalı və servisi kimi sahələrdən qazanc götürməyi daha məqsədəuyğun hesab edir. Ona görə də Azəri-Çıraq-Günəşlinin gələcək inkişafı məhz yeni HPBS ilə davam etdirilməsi nəzərdə tutulub". Ekspert bildirib ki, Azərbaycan 2024-cü ilin sonunu gözləsəydi, xarici şirkətlər layihəyə investisiya etməyəcəklərdi: "Çünki neftin aşağı qiymətlərində onlarda heç bir qarant yoxdur ki, etdikləri çoxmilyardlı investisiyaları onlar geri qaytara bilərlər. Bu investisiyaları etmək üçün isə layihələrin icrasına 4 ilədək müddət tələb olunur. Belə olan tərzdə 2024-cü ilədək müqavilə sahəsindəki orta gündəlik hasilat 350-380 min barelədək azala bilər. Sonra da SOCAR-ın öz gücü hesabına hasilatı artırması üçün müqavilə sahəsinə ən azı 10 milyard dollar investisiya yatırılmalıdır. Ancaq investisiyaların yatırılması hələ qarant deyil ki, hasilatın stabilləşdirilməsinə nail olunacaq. Çünki SOCAR-ın operatorluğu ilə özünün mürəkkəb geoloji yaşam dövrünə qədəm qoyan AÇG-nin 10 il sonrakı həyat və fəaliyyəti indkindən tam fərqli olacaq. Yuxarıda qeyd edilən amilləri nəzərə alaraq ən optimal variant AÇG-nin gələcək işlənməsində BP və tərəfdaşlarını maraqlandırmaq üçün (investisiyaları cəlb etmək məqsədilə) ilk müqaviləyə vaxtından əvvəl xitam vermək və ikinci müqavilədə zaman baxımından şirkətləri qane edən müddətlə razılaşmaq olardı. Bu isə yeni layihə üzrə ilk neft hasilatı başlayandan 30 il müddətinin gündəmə gəlməsidir - 2050". İlhan Şaban deyib ki, BP və tərəfdaşlarının AÇG-ni bundan sonra da işlətməsi Azərbaycanı qane edir: "İndiyə qədər 3 milyard bareldən bir qədər artıq neft çıxarılıb. Buna görə 300 milyon bonus ödənilib. Təqribən 25 milyard dollaraa yaxın vergilər və 121 milyard dollar da Neft Fonduna mənfəət şəklində yığım. Qısa müddətdə inanılmaz müasir neft infrasturkuru yaradılıb. BP cəmi 5-6 min nəfərə həm nefti hasil edir, həm quyular qazır, həm onlara xidmət göstərir, həm də xam neftin dünya bazarına şaxələndirilmiş marşrutla ixracını təşkil edir. Azəri-Çıraq-Günəşlidə təqribən 4 milyard barelə qədər də çıxarıla bilən neft qalıb. Təbii ki, həmin neft çətin çıxarıla bilən neftə aid ediləcək: yəni onun xərci daha çox olacaq. Ancaq bununla belə istənilən halda onun gətirdiyi gəlir Azərbaycan üçün də önəmli olacaq". İlhan Şabanən sözlərinə görə, Azəri-Çıraq-Günəşlidən gələn gəlirlər 2020-2035-ci illərdə Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər xüsusi çəkiyə malik olacaq: "Hər il orta hesabla 5-6 milyard dollar.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31