Gündəm

Gürcüstanda saxlanılan azərbaycanlı gənclər sərbəst buraxılıblar

30 Dekabr 2016 15:13

Gürcüstanda parlament seçkiləri zamanı saxlanılan azərbaycanlı gənclər məhkəmə zalından sərbəst buraxılıblar. Bu barədə saxlanılan şəxslərin yaxın qohumları bildiriblər.

Tramp 15 il öncəyə qayıtdı

30 Dekabr 2016 15:11

Hələ 15 il bundan öncə iş adamı və inşaat maqnatı olan Donald Tramp 9NEWS televiziya kanalına canlı yayımla müsahibə vermişdi. Donald Tramp 11.09.2001 ci il tarixində ABŞ – da ticarət binalarının partladılması hadisəsinin  çox müəmmalı şəkildə baş verdiyini  bildirib. Tramp binaların faciədən az zaman əvvəl 3.6 milliard dollar dəyərində sığortalandığını ifadə edib. Onun fikirinə görə binalar planlı şəkildə məhv edilib. Daha doğrusu içəridən partladılıb.

Almaniyada qızıl qalmaqalı

30 Dekabr 2016 15:10

Alman Mərkəzi Bankının (Bundesbank) sədri Yens Vedmann ölkənin xaricdə  (ABŞ) olan qızıl ehtiyyatlarının böyük bir hissəsini geri gətirildiyini bəyan edib. Beynəlxalq maliyyə ekspertlərinin rəyinə görə bu addımın sadə alman vətəndaşarını sakitləşdirmək üçün atılıb. 2012 – ci ildə maliyyə dairələrində belə bir şayə ortaya atılmışdı  ki, dünyada ABŞ- dan sonra ikinci ən çox 3.381 ton olan ən böyük qızıl ehtiyyatına sahib Almaniya bu ehtiyyatların böyük hissəsəini 2000 ton həcmində olanı  itirib. Qısaca Nyu York, London və Parisdə saxlanılan qızıl ehtiyyatının bir hissəsi yox olub, satılıb, əridilib ,itirilib.

Yeni il gecəsi paytaxtda fəaliyyət göstərən elit restorandan xalqa qarşı fırıldaq

30 Dekabr 2016 15:07

Olaylar.az xəbər verir ki, restoranlardan biri sənətçilərin adından istifadə edərək Yeni İl gecəsinə bilet satışını həyata keçirib. Lakin həmin müğənnilər orada iştirak etməyəcək. Bu barədə xalq artisti Aygün Kazımova məlumat paylaşıb. O, həmin sahibkarları fırıldaqçı adlandırıb:

Ermənini nokauta salan azərbaycanlı idmançı: “2016-cı il mənim üçün düşərli oldu”  

30 Dekabr 2016 15:02

“İdmançı kimi 2016-cı ili fəaliyyətim üçün məhsuldar adlandırardım”. “OLAYLAR”-ın xəbərinə görə, bunu açıqlamasında nüfuzlu beynəlxalq yarışların qalibi “Tank” ləqəbəli peşəkar idmançı, Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədov ilin yekunları ilə bağlı fikirlərini şərh edərkən bildirib.

Atatürk Liseyində Həmrəylik Günü qeyd edilib 

30 Dekabr 2016 15:01

Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində 31 dekbar-Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib. “OLAYLAR”-ın xəbərinə görə, təhsil ocağının müəllim və şagird heyətinin iştirak etdiyi mərasimi giriş sözü ilə açan liseyin direktoru Musa Ediz kollektivi bayram münasibətilə təbrik edib. O, günümüzdə həmrəyliyin, birlik və bərabərliyin vacib olduğunu vurğulayıb.

Moskvanın ABŞ-ın sanksiyalarına CAVABI GECİKMƏDİ

30 Dekabr 2016 15:00

Rusiya Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinə Amerika sanksiyalarına cavab olaraq 35 amerikalı diplomatın ölkədən çıxarılmasını təklif edib.  Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. O, ABŞ-ın Moskvadakı səfirliyindən 31 diplomatın, Sankt-Peterburqdakı Baş Konsulluğundan isə 4 diplomatın ölkədən çıxarılmasının vacib olduğunu bildirib. Lavrov hazırladığı siyahıdakı diplomatların adını çəkməyib.

Lavrovdan SƏRT SÖZLƏR: “Rusiya ABŞ-a...”

30 Dekabr 2016 14:59

Rusiya ABŞ-ın yeni sanksiyalarını cavabsız qoymayacaq.  Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyaları şərh edərkən deyib. Lavrov ABŞ-dakı seçki prosesinə Rusiyanın müdaxiləsi haqqında Vaşinqtonun bəyanatlarını əsassız adlandırıb.

"Eldar Mahmudovun işdən çıxarıldığını eşidib sənədləri yandırdım" - MTN-in idarə rəisi

30 Dekabr 2016 14:57

"MTN işi"nə görə həbs edilən polkovnik Füzuli Əliyevin istintaqa verdiyi ifadə məlum olub. Əliyev Füzuli Zülfüqar oğlu ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib. O, istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən və üzləşmələr zamanı ifadə verməmək hüququndan istifadə edib, əksər suallara cavab verməkdən imtina edib, yalnız ayrı-ayrı sualları cavablandırıb.

Azay Quliyev: “Məhkəmələrin kreditlərlə bağlı qərarlarının 50 faizi icra edilməyib”

30 Dekabr 2016 14:53

Milli Məclisdə müzkirəyə çıxarılan "İcra haqqında" qanuna dəyişikliyə münasibət bildirən millət vəkili Azay Quliyev icra məmurlarına səlahiyyətlərin verilməsinin mühüm olduğunu söyləyib: “Məndə olan məlumata görə, bu gün məhkəmələrin icraatında təxminən 700 min iş var. Kreditlərlə bağlı qəbul olunmuş qərarların 50%-i icra edilməyib.

Vergilər Məcəlləsi dəyişdirildi

30 Dekabr 2016 14:52

Milli Məclisin plenar iclasında “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə olunub. “Olaylar” xəbər verir ki, dəyişikliklərlə bağlı Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanuna məlumat verib.

Əcnəbi qaçqınlara xüsusi vəsiqə veriləcək

30 Dekabr 2016 14:50

Azərbaycanda qaçqın statusu alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xüsusi vəsiqələr veriləcək. “Olaylar” xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 3-cü (Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər) maddəsinə yeni 5-ci bəndin əlavə edilməsi müzakirə olunub.Təklif olunan bəndə əsasən, Azərbaycanda qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi müəyyənləşdiriləcək. Bu kateqoriyadan olan insanlara yaşayış yeri üzrə qeydiyyatı göstərən yeni sənəd növü - qaçqın vəsiqəsi veriləcək. Layihə səsə qoyularaq qəbul olunub.

Milli Məclisin payız sessiyası məhsuldar olub

30 Dekabr 2016 14:49

Azərbaycan Milli Məclisinin 2016-ci ildə sonuncu plenar iclası başa çatıb.”Olaylar” xəbər verir ki, spiker Oqtay Əsədov sessiyanı bağlı elan edib. MM sədri payız sessiyası dövründə Milli Məclisin məhsuldar fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, payız sessiyası dövründə 195 qanun və qərar qəbul edilib. Milli Məclisin üzvləri dünyanın 24 ölkəsinə 50-dən çox səfər edib: “Millət vəkilləri bir çox ölkələrdə parlament və prezident seçkilərini də izləyib”. Spiker parlament adından Azərbaycan xalqını və prezident İlham Əliyevi qarşıdan Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib. Sessiya dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Milli Məclis dünya azərbaycanlılarına müraciət etdi

30 Dekabr 2016 14:46

Milli Məclisin iclasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə müraciət qəbul olunub.

Natiq Kərimovun cinayət işi icraata verilib

30 Dekabr 2016 14:45

Dövlətə xəyanət etməkdə təqsirləndirilən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi eyni icraata verilib.