Gündəm
DYP Şəkidə reyd keçirdi: 50-yə yaxın sürücü cərimələndi
Şəki rayonunda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib. Məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi və Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yol patrul xidməti alayının 5-ci tağımının əməkdaşlarının keçirdiyi reyddən məqsəd bayram günlərində hərəkətin intensivliyini nəzərə alaraq yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.
Türkiyədə "ikili" seçkilərin ilkin tarixi məlum oldu
Türkiyədə parlament və prezident seçkilərinin ilkin tarixi 3 noyabr 2019-cu il müəyyən olunub. Məlumata görə, konstitusiyaya edilən yeni dəyişikliklərə əsasən, bu seçkilər bir gündə keçiriləcək.
“Sumqayıtda etiraz edənlər Neft Şirkətinin əməkdaşları deyil”
Bu gün səhər saatlarında Sumqayıtda, Karbamid zavodunun ərazisində əmək haqqlarının gecikməsinə görə etiraz edən işçilər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) işçiləri deyil. Həmin işçilər Cənubi Koreyanın "Samsung Engineering Co. Ltd." şirkətinin podratçılarından birinin işçiləridir.
Azərbaycan əsgərinin cəsədi ermənilərin əlinə necə keçib...
Xəbər verildiyi kimi dünən səhərə yaxın Azərbaycan-Ermənistan sərhədində, Çinari kəndi yaxınlığında döyüş baş verib. Bu döyüşdə qarşı tərəfin təsdiq etdiyi kimi Ermənistan ordusunun üç hərbçisi-iki sıravi əsgər və bir zabit öldürülüb. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupu pusquya salınıb və düşmən çoxlu itki verərək geri çəkilib. Bu zaman Azərbaycan ordusunun əsgəri Çingiz Qurbanov itkin düşüb.
Azərbaycanda 19 minə yaxın İŞ YERİ yaradılacaq
Prezident İlham Əliyev Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi haqda fərmanı təsdiq edib. Yol Xəritəsi Azərbaycan Respublikası prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmişdir. AZƏRTAC
Nazim İbrahimov: “Azərbaycanlılar erməni təxribatlarının qarşısını layiqincə alırlar”
“Bütün dünyada yaşayan azərbaycanlıların təşkilatlanması davam edir və təşkilatlar qurulur”. Məlumata görə, bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə açıqlamasında müxtəlif şəhərlərdə Azərbaycanın koordinasiya mərkəzlərinin yaradılması prosesinə münasibət bildirərkən deyib.
Teatr direktoru mükafatlandırıldı
Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafata layiq görülüb. Teatrdan “Olaylar” – a verilən məlumata əsasən nazirliyin “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif olunan direktor bu mükafata Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə, əldə etdiyi uğurlara görə layiq görülüb.
Küçədən azyaşlı uşaq tapılıb
Dekabrın 29-da Xətai rayonu ərazisində Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən azyaşlı oğlan uşağı tapılıb. DİN-dən verilən məlumata görə, azyaşlı 34-cü PB-yə təhvil verilib. Araşdırmalar zamanı onun 5 yaşlı Daniel Pşeniçniy olması müəyyən edilib və o, valideynlərinə təhvil verilib.
Evə basqın edənlər tutulub
Dekabrın 29-da paytaxtın Nizami rayonu ərazisində yaşayan Babək Şahlarzadə 25-ci PB-yə müraciət edərək qohumu Xəyal Hüseynovun Bəhruz Mirzəyevlə birgə onun evinə basqın edib pul və qızıl əşyalarını ələ keçirmək istəməsini bildirib. DİN-dən verilən məlumata görə, Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs saxlanılıb. Onlar hadisəni törətməyi planlaşdırmalarını etiraf ediblər.
Keçmiş qadın məhkum oğurluğa görə saxlandı
Bakı şəhər sakini Zəminə Muxtarova Nəsimi RPİ 22-ci PB-yə müraciət edərək noyabrın 8-də rayon ərazisindəki mənzilində kirayədə yaşayan Gülnarə adlı şəxsin ona məxsus 2000 manat dəyərində qızıl əşyalarını oğurlamasını bildirib. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Gülnarə Novruzova saxlanılıb.
Bakı şəhərində daha iki yerüstü piyada keçidi istifadəyə verilib
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakı şəhərində daha iki yerüstü piyada keçidi istifadəyə verilib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, piyada keçidləri M-1 Bakı-Quba-Rusiya Fedarasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12.2-ci km-də və Bakı şəhəri, Sabunçu rayonu Şəhər şossesində inşa olunub. Keçidlərin istifadəyə verilməsi mərasimində “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, sədr müavinləri Əvəz Qocayev və Hüsnü Quliyev, cəmiyyətin digər rəhbər şəxsləri, həmçinin rayon rəhbərliyi və ictimayyəti iştirak ediblər.
Milli Məclis payız sessiyasına yekun vurdu
Milli Məclis dekabrın 30-da cari ilin son plenar iclasını keçirib. İclasda ilkin olaraq millət vəkili, xalq artisti Zeynəb Xanlarovanın 80 illik yubileyi təbrik edilib. Milli Məclisin spikeri Oqtay Əsədov xalq artistini yubileyi münasibətilə təbrik edərək deputatın ölkə başçısı tərəfindən yüksək mükafat-“Heydər Əliyev” ordeni ilə təltif edildiyini bildirib. Sonra millət vəkilləri müztəlif məsələlər ətrafında mövqelərini ortaya qoyublar.
Jurnalistin evini qarət edənlər saxlanıb
Jurnalist İntiqam Valehoğluna məxus Bakı şəhər, Yasamal rayonu, Qanlı gölün qərb sahilində yerləşən 159 nömrəli evi qarət etmiş oğruların kimliyi məlum olub.
ABŞ-ın Minsk qrupunda yeni həmsədri təyin olunub
ABŞ-ın ATƏT-in Minsk qrupunda müvəqqəti həmsədri təyin olunub. Gələn ilin yanvarından müvəqqəti olaraq bu vəzifəni Riçard Hoqland icra edəcək. Hazırkı həmsədr Ceyms Uorlikin səkahiyyət müddəti dekabrın 31-də başa çatır. Bu barədə APA ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.
Erməni tərəfi yalan məlumatlar yayır
Erməni tərəfi cari ilin dekabr ayının 29-da törətdiyi uğursuz təxribat nəticəsində verdiyi itkilərə bəraət qazandırmaq məqsədilə guya sərhəddə növbəti təxribatın baş verdiyi və Azərbaycan tərəfinin itkiləri barədə bu gün yenə də həqiqətə uyğun olmayan və daxili auditoriyaya hesablanmış növbəti yalan məlumat yayıb. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuiat xidməti yayıb. Bildirilir ki, əgər erməni tərəfinin "təkzibolunmaz sübutları" varsa, təqdim etsinlər. Rəsmi olaraq bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, gündəlik xidməti fəaliyyətini davam etdirir və əməliyyat şəraitinə tam nəzarət edir.














