DYP Şəkidə reyd keçirdi: 50-yə yaxın sürücü cərimələndi

Şəki rayonunda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib. Məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi və Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yol patrul xidməti alayının 5-ci tağımının əməkdaşlarının keçirdiyi reyddən məqsəd bayram günlərində hərəkətin intensivliyini nəzərə alaraq yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.

Şəki rayonunda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib. Məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi və Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yol patrul xidməti alayının 5-ci tağımının əməkdaşlarının keçirdiyi reyddən məqsəd bayram günlərində hərəkətin intensivliyini nəzərə alaraq yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır. YPX-nin inspektoru Tural Niftaliyev sayta bildirib ki, yol hərəkəti qaydalarını pozan, avtomobilin konstruksiyasına dəyişikliklər edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmadan maşını idarə edən, avtomobilin üzərində olan cərimələri ödəməyən sürücülər təyin olunaraq məsuliyyətə cəlb edilib. Üç saatdan çox davam edən reyd zamanı ümumilikdə yüzdən artıq avtomobil saxlanılıb, 50-yə yaxın sürücü cərimələnib. Reydlərin gələn ilin yanvar ayının 6-na qədər davamlı olaraq keçirilməsi nəzərdə tutulur. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31