Gündəm

MTRŞ: TRT1-in yayımı üçün “Teleradio” İB ilə müqavilə bağlanmalıdır

30 Dekabr 2016 16:35

"Türkiyənin TRT1 telekanalının yayımı üçün Azərbaycanın yerli kanalları kimi eyni statusda “Teleradio” İstehsalat Birliyi ilə müqavilə bağlanmalıdır. Bu, bir maliyyə məsələsidir".  Bunu açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.  N. Məhərrəmli qeyd edib ki, belə bir müqavilənin bağlanması gözlənilir. Onun sözlərinə görə, bu müqavilənin bağlanması ilə bağlı hər hansı problem yoxdur.  Apa.az

Pirotexniki məmulatlar müsadirə edilib

30 Dekabr 2016 16:32

 Binəqədi rayonu ərazisində pirotexniki vasitələrin səyyar satışı ilə məşğul olan şıxs saxlanıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşları tərəfindən Bakı şəhər sakini Xəlil Məhərrəmovdan 36 ədəd yüksək səsyayıcı xüsusiyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb. 

Bakıda 14 dilənçi saxlanıb

30 Dekabr 2016 16:33

Paytaxtda dilənçiliklə məşğul olan şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Bakı şəhər BPİ Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən avara və dilənçiliklə məşğul olan 5 nəfər saxlanılaraq barələrində protokol tərtib olunub. Həmçinin Binəqədi RPİ əməkdaşları tərəfindən rayon ərazisində avara və dilənçiliklə məşğul olan 9 nəfər saxlanılaraq barələrində protokol tərtib olunub.

Sevinc Babayevanın oğlu əməlindən peşman olmadığını deyib

30 Dekabr 2016 16:31

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham edilən Ayxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Əliqismət Lalayev yeni bir mükafat aldı

30 Dekabr 2016 16:26

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev yeni bir mükafata layiq görülüb. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” - a  bildirdi ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin müvafiq əmri ilə Əliqismət Lalayev mədəniyyət sahəsindəki uzunmüddətli, səmərəli fəaliyyətinə görə və 60 illik yubileyi münasibəti ilə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.

Vidadi Muradov “Dağıstanın əməkdar incəsənət xadimi”  fəxri adı ilə təltif edilib

30 Dekabr 2016 16:23

Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin Sədri Vidadi Muradov “Dağıstanın əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif olunmuşdur. 

Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı ilə

30 Dekabr 2016 16:22

“Naxçıvan Dəmir Yolları”Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlamışdır. Həmin gün saat 1100-da sərnişin qatarı ilə 57 sərnişin Naxçıvan Muxtar Respublikasından İran İslam Respublikasına yola salınmışdır.

Dərs ləvazimatlarında reklam qadağan olunur

30 Dekabr 2016 16:19

Azərbaycanda dərsliklərdə, dərs vəsaitlərində, tərdis materiallarında, məktəb gündəliyində, dəftərdə, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitablarda reklam yerləşdirilməsi qadağan olunur. Olaylar” xəbər verir ki, bununla bağlı Milli Məclisdə “Təhsil haqqında” qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.

Korporativ bazarlarda başqa məhsul satanlar cərimələnəcək

30 Dekabr 2016 16:18

Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, dəyişiklik layihəsinə əsasən, korporativ bazarlarda Azərbaycanda fəaliyyət göstərən kənd təsərrüfatı korporativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsul istehsalçısı olmayan digər şəxslərin satış etməsinə görə fiziki şəxslər yüz manat, vəzifəli şəxslər beş yüz manat, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Büdcənin xəzinə qalıqlarının xərclənməsi qaydaları dəyişir

30 Dekabr 2016 16:17

Milli Məclisin payız sessiyasının sonuncu plenar iclasında "Büdcə sistemi haqqında" qanuna dəyişikliklə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib.

Siyavuş Novruzov: "Dağlıq Qarabağ tarixinin ayrıca tədrisi məni narahat edir"

30 Dekabr 2016 16:14

“Orta məktəblərin rus dilli bölmələrin 8-ci sinifində Azərabaycan və Dağlıq Qarabağ tarixi ayrı kitablar şəklində tədris olunur. Məgər Dağlıq Qarabağ Azərbaycan tarixi deyil?”. Bunu millət vəkili Siyavuş Novruzov "Təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri Bakı Forumunun təxirə salınmasına münasibət bildirdi 

30 Dekabr 2016 16:10

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Dünya Azərbaycanlı İş Adamlarının Bakı Forumunun təxirə salınmasına münasibət bildirdi.

Komitə sədri: “Azərbaycan diasporu bir çox məqamlarda erməni lobbisini üstələyir”

30 Dekabr 2016 16:08

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, əməkdaşları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı Fəxri xiyabanda Heydər Əliyevin və akademik  Zərifə Əliyevanın məzarlarını ziyarət edib. Məzarlar önünə əklil qoyulub.

ABŞ-ın Minsk qrupunda yeni həmsədri təyin olunub

30 Dekabr 2016 16:06

ABŞ-ın ATƏT-in Minsk qrupunda müvəqqəti həmsədri təyin olunub.  Gələn ilin yanvarından müvəqqəti olaraq bu vəzifəni Riçard Hoqland icra edəcək. Hazırkı həmsədr Ceyms Uorlikin səlahiyyət müddəti dekabrın 31-də başa çatır.

Gürcüstandan Azərbaycana gətirilən avtomobillərə görə gömrük depoziti ləğv olunacaq

30 Dekabr 2016 16:04

"Gürcüstandan Azərbaycana gələn avtomobillərə görə tələb olunan gömrük depozitlərinin aradan qaldırılması istiqamətində müzakirələr aparılır". Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib. DGK sədrinin sözlərinə görə, bu məsələ ölkə başçısı İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində bu ölkədə yaşayan azərbaycanlılar tərəfindən qaldırılıb. "Bu, məcburi atılan bir addım idi. Bu sahədə artıq Sərhəd Qoşunlarının komandanlığı ilə razılaşmalar əldə olunub. Ümid edirik ki, 15-20 gündən gec olmayaraq depozit məsələsinin aradan qaldırılması istiqamətində razılıq əldə olunacaq", - deyə A.Əliyev bildirib.