Əliqismət Lalayev yeni bir mükafat aldı
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev yeni bir mükafata layiq görülüb. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” - a bildirdi ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin müvafiq əmri ilə Əliqismət Lalayev mədəniyyət sahəsindəki uzunmüddətli, səmərəli fəaliyyətinə görə və 60 illik yubileyi münasibəti ilə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.
30 Dekabr 2016 16:26 MədəniyyətAzərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev yeni bir mükafata layiq görülüb. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a bildirdi ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin müvafiq əmri ilə Əliqismət Lalayev mədəniyyət sahəsindəki uzunmüddətli, səmərəli fəaliyyətinə görə və 60 illik yubileyi münasibəti ilə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub.
Mükafat bu gün Ə. Lalayevə təqdim edilib. "Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunmağım mənim üçün çox böyük, sevincli, əlamətdar bir hadisədi. Buna görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevə təşəkkürümü bildirirəm.!" - deyə Əliqismət Lalayev qeyd edib.