Gündəm
Ölümlə nəticələnən A (H1N1) virusunun ölkəmizə keçməsinin qarşısı alınıb
"Azərbaycanda həyata keçirilmiş kompleks qabaqlayıcı tədbirlər 2016-cı ildə Avropa regionunun əksər ölkələrində, xüsusən həmsərhəd ərazilərdə ağır gedişli, yüksək ölüm faizi ilə nəticələnən A (H1N1) virusu epidemiyasının ölkəmizə keçməsinin qarşısını alıb".
Amerikalı diplomatlara problemlər yaratmayacağıq, heç kimi ölkədən qovmayacağıq
Əhalinin 3,3 faizində ilkin xəstəliklər aşkarlanıb
“Əhalinin profilaktik müayinələri bu il də davam etdirilib. Müayinə olunmuş əhalinin 3,3 faizində ilkin xəstəliklər aşkar olunub, 1,47 faizi dispanser nəzarətə alınıb, 7,32 faizi sağlamlaşdırılıb və 0,8 faizi hospitalizasiya olunub”.
Bu il 18 nəfərə qaraciyər, 42 nəfərə sümük iliyi, 63 nəfərə böyrək köçürülüb
"Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər müalicə edilir, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır".
Putindən Obamaya SİYASİ DƏRS
Rusiya ABŞ diplomatlarını "arzuolunmaz şəxs" elan etməyəcək. Bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib. "Rusiya "mətbəx diplomatiyası" səviyyəsinə enməyəcək", - o vurğulayıb. Rusiya prezidenti bildirib ki, iki ölkə arasında münasibətlərin bərpası ABŞ-ın yeni prezidenti Donald Trampın yürütdüyü siyasətdən asılı olacaq.
Müğənninin ailəsini dağıtmaqda ittiham edilən iş adamından AÇIQLAMA
İşadamı Engin Yeşil Gülben Ergen ilə eşq yaşadığına dair irəli sürülən iddiaları təkzib edib. Telejurnalist həyat yoldaşı Erhan Çelikdən boşanan Gülben Ergenin məşhur iş adamı "Yeşil İnşaat" və "Yeşil Kundura"nın sahibi Engin Yeşillə eşq yaşadığı irəli sürülmüşdü. "Yeni Asır" qəzetində nəşr olunan bu xəbər Gülben Ergen tərəfindən sosial şəbəkə hesabında sərt reaksiyalara səbəb olmuşdu.
Televiziya və radio işçiləri mükafatlandırıldı
Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinin təltif edilməsi haqqında 2016-cı il 7 noyabr tarixli sərəncamları ilə təltif olunmuş şəxslərin dekabrın 30-da mükafatlandırılması mərasimi keçirilib. Məlumata görə, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mərasimdə çıxış edərək Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illik yubileyinin yüksək səviyyədə qeyd olunduğunu vurğulayıb. Bildirib ki, həmin tədbirdə Azərbaycan teleradiosunun fəaliyyət tarixinə nəzər salındı, keçilmiş yola qiymət verildi, müstəqil Azərbaycan dövlətinin müasir həyatında televiziyanın və radionun əhəmiyyəti dəyərləndirilərək qarşıda duran vəzifələr, əsas hədəflər müəyyənləşdirildi.
Nizami Kino Mərkəzi uşaqlar üçün animasiya filmini təqdim edir
Deputat məişət zorakılığı ilə bağlı çağırış etdi
Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə aliment almaqda problemlə qarşılaşan qadınların məsələsini qaldırıb və məişət zorakılığı ilə bağlı daha böyük mübarizəyə çağırıb.
Yeni ilin ilk iş gününə olan dolların məzənnəsi açıqlanıb
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 5-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə dəyişməyərək 1,7707 səviyyəsində müəyyən olunub. Apa.az
Rabitə və informasiya kommunikasiyaları sahəsində böyük dəyişikliklər gözlənilir
Nəhayət, Azərbaycanda İKT-nin inkişafına dair Strateji Yol Xəritəsi açıqlandı. Bizim tərəfimizdən də verilən çoxsaylı təkliflərin bir hissəsi burada öz əksini tapıb.
Nardaran hadisələrində təqsirləndirilən digər qrupun cinayət işi məhkəmə baxışına verilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
MTRŞ sədri: "Reklam bazarı yeni telekanalların açılmasına imkan vermir"
"Azərbaycanda televiziya və radio kanallarının sayı yetərincədir". Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli yeni telekanalların açılması ilə bağlı quruma müraciətlərin olub-olmadığına dair sualını cavablandırarkən bildirib. N. Məhərrəmli bildirib ki, yeni telekanalların açılmasına ehtiyac yoxdur: "Reklam bazarı da yeni telekanalların açılmasına heç imkan vermir". Apa.az
Səməd Seyidov: "Ermənistan vəziyyəti gərginləşdirmək üçün belə təxribatlar törədir"
Ermənistanın ötən gün törətdiyi təxribat Azərbaycanın beynəlxalq münasibətlərdə mövqelərinin inkişafına xələr gətirmək məqsədi dayışır. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Nuşirəvan Məhərrəmli: "Efir əhalinin aşağı təbəqəsinin tələbinə uyğun hesablanır"
"Uzun müddətdir, Azərbaycanın efir məkanında verilişlərin keyfiyyətinin aşağı olması bizi çox düşündürür". Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. N. Məhərrəmli deyib ki, bunun əsas səbəblərindən biri reklam bazarının çox aşağı səviyyədə olması və reklam siyasətinin efir siyasətinə böyük təsir göstərməsidir: "Reklam məsələsi bu sahədə ciddi məsələlərdən biridir. Təbii ki, kadr məsələləri yenə də əvvəlki kimi öz qüvvəsində qalır. Kadrların peşəkarlığı demək olar ki, çox aşağı səviyyədədir. Efir sanki əhalinin aşağı təbəqəsinin tələbinə uyğun hesablanır. Bu da çox düşündürücü məqamdır”.













