Nizami Kino Mərkəzi uşaqlar üçün animasiya filmini təqdim edir
30 Dekabr 2016 17:35 MədəniyyətNizami Kino Mərkəzi bayram günlərində "Qar Kraliçası: 3 alov və buz" 3d animasiya və "Vikinq" bədii filmlərinin nümayişinə başlayıb.
Rusiya istehsalı olan "Vikinq" filmini rejissor Andrey Kravçukdu. Film tarixi dram janrında çəkilib. Filmi izləmək üçün yaş həddi: 18+
Orta əsrlər dövrünün əvvəli ağır qılınc və qan qanunları zamanıdı. Hökmranlıq edən sülalə daxilində parçalanma var. Təsadüfən ölən qardaşın günahı Böyük Knyazın boynuna qalır. Qanunlara əsasən ondan intiqamı kiçik qardaş -bastard almalıdı...
Filmdə baş rollara Danila Kozlovskiy, Svetlana Xodçenkova, Maksim Suxanov, İqor Petrenko, Andrey Smolyakov, Vladimir Epifantsev, Aleksandr Bortiç, Kirill Pletnev, Aleksandr Ustyuqov, Rostislav Berşauer və başqaları çəkilib.
Rusiya istehsalı olan "Qar Kraliçası: 3 alov və buz" 3 d formatlı animasiya filminin ssenari müəllifi və rejissoru Aleksey Tsitsilindi. Film məcara və ailəvi komediya janrında çəkilib. Filmi izləmək üçün yaş həddi: 6+
Bütün xoşagəlməz hadisələrə bulaşmaq artıq bu ailənin ana xəttidi. Qar və və trollar kampaniyasında böyüyənlərdən nə gözləyəsən. Amma, böyüdükdən sonra Kay və Gerda daha yüksək həddə qalxırlar - artıq onlar dünya çaplı fəlakətin səbəbkarı olacaqlar...
Baş rollara Natalya Bıstrova, Filipp Lebedyev, Diomid Vinoqradov, Aleksandr Qruzdyev, Mixail Tixonov, Nikolay Bıstrov, Olqa Şoroxova, Olqa Zubkova, Vsevolod Kuznetsov, Fill Savenkov və başqaları çəkilib.