Müğənninin ailəsini dağıtmaqda ittiham edilən iş adamından AÇIQLAMA
İşadamı Engin Yeşil Gülben Ergen ilə eşq yaşadığına dair irəli sürülən iddiaları təkzib edib. Telejurnalist həyat yoldaşı Erhan Çelikdən boşanan Gülben Ergenin məşhur iş adamı "Yeşil İnşaat" və "Yeşil Kundura"nın sahibi Engin Yeşillə eşq yaşadığı irəli sürülmüşdü. "Yeni Asır" qəzetində nəşr olunan bu xəbər Gülben Ergen tərəfindən sosial şəbəkə hesabında sərt reaksiyalara səbəb olmuşdu.
30 Dekabr 2016 17:42 Dünyaİşadamı Engin Yeşil Gülben Ergen ilə eşq yaşadığına dair irəli sürülən iddiaları təkzib edib. Telejurnalist həyat yoldaşı Erhan Çelikdən boşanan Gülben Ergenin məşhur iş adamı "Yeşil İnşaat" və "Yeşil Kundura"nın sahibi Engin Yeşillə eşq yaşadığı irəli sürülmüşdü. "Yeni Asır" qəzetində nəşr olunan bu xəbər Gülben Ergen tərəfindən sosial şəbəkə hesabında sərt reaksiyalara səbəb olmuşdu.
Gülbenin reaksiyasının ardından Engin Yeşil də bu gün yazılı bir açıqlama ilə şübhələrə son qoyub:
"Hörmətli mətbuat mənsubu, dünyanın və ölkəmizin əhəmiyyətli və çətin günlər yaşadığı bu dövrdə maqazin dünyasında çıxan əsassız xəbərlərin yayıldığına görə çox təəssüf edirəm. Son günlərdə hörmətli Gülben Ergen ilə hər hansı bir əlaqəmiz olmayıb və bu an da heç bir əlaqəmiz yoxdur. Haqqında bəzi qəzet, televiziya və internet saytlarında çıxan "əlaqə" xəbərləri tamamilə əsassız olub". Bu barədə Milli.Az sözcü-yə istinadən xəbər verir.