Bu il 18 nəfərə qaraciyər, 42 nəfərə sümük iliyi, 63 nəfərə böyrək köçürülüb
"Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər müalicə edilir, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır".
30 Dekabr 2016 17:52 Sosial"Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər müalicə edilir, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır". Səhiyyə naziri Oqtay Şirəliyev ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib ki, ilin əvvəlindən indiyədək 18 nəfərə qaraciyər köçürülüb, 76 xəstədə endoprotezləşmə əməliyyatı aparılıb, 63 nəfərə böyrək köçürülüb. Onun sözlərinə görə, il ərzində 42 sümük iliyi transplantasiyası icra edilib: "İnsanların səhiyyə xidmətlərindən razılığı ildən-ilə artır. Ölkə başçısının tövsiyələrinə uyğun olaraq əgər əvvəllər bölgələrdə baş tutan qəbullara gələnlərin sayı 50-60 vətəndaş olurdusa artıq bu rəqəm dəfələrlə aşağı düşüb. Bu da vətəndaşların razılığının nəticəsidir". Apa.az