Rabitə və informasiya kommunikasiyaları sahəsində böyük dəyişikliklər gözlənilir

Nəhayət, Azərbaycanda İKT-nin inkişafına dair Strateji Yol Xəritəsi açıqlandı. Bizim tərəfimizdən də verilən çoxsaylı təkliflərin bir hissəsi burada öz əksini tapıb. 

Nəhayət, Azərbaycanda İKT-nin inkişafına dair Strateji Yol Xəritəsi açıqlandı. Bizim tərəfimizdən də verilən çoxsaylı təkliflərin bir hissəsi burada öz əksini tapıb.  Bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, Yol Xəritəsində yer alan təkliflərdən biri Telekommunikasiya sahəsində yeni qurumun yaradılmasıdır.

"Artıq konkret qeyd edilib ki, yaxın 3 il ərzində Müstəqli Tənzimləyici qurum - Milli Telekommunikasiya Şurası yaradılacaq. Amma layihə versiyasında bu müddət yaxın 1 il üçün nəzərdə tutulurdu. İKT sektorundakı bütün tənzimləmələr, lisenziyaların verilməsi, istehlakçıların mənafelərinin qorunması,  bazarda qayda-qanun yaradılması, tariflər və bütün bu kimi məslələri bu qurum həll edəcək. Şuranın rəhbəri və üzvləri Prezident tərəfindən müəyyən olunacaq. Gələn ildən artıq bu qurumun yaradılması üçün İşçi Qrup formalaşdırılacaq. Məsul icraçı qurum da Prezident Administrasiyasıdır.  Elə təkcə bu bəndin reallaşması İKT mühitində çox şeyi dəyiçəcək".

O.Gündüz qeyd edib ki, Yol Xəritəsində bu sektorda vəziyyəti kəskin dəyişəcək digər təkliflər də yer alıb: "Məsələn, "Aztelekom" MMC, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və "AzİnTelecom" MMC kimi nəhəng qurumlar özəlləşdirilməyə çıxarılacaq, uzun illər müzakirə mövzusu olan TASİM -in Xəzər dənizinin altından keçən hissəsi güman ki, öz həllini tapacaq. Bundan əlavə, daha bir Backbone operatorun yaradılması nəzərdə tutulub. Hazırda 2 provayder var. İnternetin hazırda hər istifadəçiyə düşən orta 3.6 Mbit/s sürət  2020-də 20 Mbit/s-ə çatdırılacaq. Ölkə üzrə nəhəng fiber-optik və mobil genişzolaqlı (LTE) şəbəkə yaradılacaq. Biznes subyektlərinin rəqəmsal mühitə keçidi üçün "rəqəmsal keçid planı" hazırlanacaq, rəqəmsal ödənişlər genişləndiriləcək. Ölkədə texnologiya üzrə təhsil səviyyəsinin artırılması, təhsil standartlarının təkmilləşdirilməsi, İKT sektorunda kadr potensialını gücləndirilməsi üçün "Texnoloji Təhsil Qrupu", eləcə də dövlət orqanların informasiya sistemləri üçün mərkəzləşdrilmiş infrastruktur yaradlıacaq. Burada güman ki, yeni yaradılan Data Mərkəz nəzərdə tutulub. Həmçinin, Mobil Gov üzrə konsepsiya yaradılacaq. Dövlət qurumları arasındakı kağız vasitəsilə əlaqələr 2018-də tam elektrona keçəcək".

AİF-in prezidentinin sözlərinə görə, müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün 585 milyon manat investisiya tələb olunur. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31