Gündəm
Növbəti ilin ən çox gözlənilən qurğuları bəlli olub
Yüksək texnologiyalar sahəsinin tanınmış ekspertləri 2017-ci ildə dünya bazarına bir sıra innovativ qurğuların çıxarılacağını düşünürlər. Onlardan ən çox gözlənilənlərə “ağıllı” kontaktlı linzalar, qulaqcıq tərcüməçi, universal simsiz enerji doldurma qurğusu və şəffaf displeyli smartfon daxildir.
Sən demə, bədənə banka qoymaq olmaz: "Qan ölür və ciyərlər..."
"Türkəçarənin növlərindən biri olan hacamat, yəni soyuqdəymə, ağrılar zamanı bədənin müxtəlif hissələrinə banka qoyulması qətiyyən düzgün deyil".
Xoruz ilini necə qarşılamalıyıq?
Adel gizlincə ərə getdi
Tanınmış ingilis müğənni Adel gizli şəkildə ailə qurub. Evliliyi ilə bağlı tarix açıqlamayan dünya ulduzu Los-Ancelesdə alış-verişdə olarkən barmağındakı nişan üzüyü ilə diqqət çəkib. O, 5 ildir ki, birlikdə olduğu, uşağının atası Simon Koneki ilə mediadan gizli evlənib. Qeyd edək ki, bir müddət öncə evlənəcəyini açıqlayan müğənni doğru zamanı gözlədiyini bildirmişdi. Bu barədə Axşam.az-ın xarici KİV-ə istinadən xəbər verir.
Diqqət: Saçlarınızı uzadacaq faydalı məsləhətlər
Əmrah otel alır
Yeni layihəsi üçün bir müddətdir Türkiyənin Kapadokya vilayətində olan müğənni Əmrah buradan otel almaq niyyətindədir. Qısa müddət öncə Bomotidə lüks bir iqamətgah alan müğənni indi də Avanos, Ürgüp, Göreme kimi yerli turizm şəhərlərində otel axtarışına çıxıb.
"Barselona" xorvat müdafiəçidən cavab gözləyir
"Barselona" xorvatiyalı müdafiəçi Dario Srnaya olan marağını davam etdirir. Katalonlar ona müqavilə təklif edib və cavab gözləyirlər. Srna bu transferə razılıq versə, məvacibi xeyli azalacaq. 34 yaşlı müdafiəçi son açıqlamasında bildirmişdi ki, "Şaxtyor" prezidenti Rinat Ahmedov onu "Barselona"ya pulsuz buraxacaq. Goal.az
Atasına oxşayan qızların - 10 əsas xüsusiyyəti
Qız övladlarının atalarına olan sevgisinin nə qədər böyük olduğunu hər birimiz bilirik. Məhz bu sevgi də onların daha güclü və cəsarətli olmasına səbəb olur. Bəs atasına oxşayan qızları digərlərindən üstün edən əsas xüsusiyyətlər hansılardır? Gəlin bir-bir nəzərdən keçirək.
"Neftçi" klubunun 2016-cı ildə qazandığı medalların sayı açıqlanıb
“Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov klub və federasiyanın 2016-cı il üçün fəaliyyətini dəyərləndirib. Məlumata görə, federasiyanın rəsmi saytına danışan S.Sadıqov bu ilin “Neftçi" üçün uğurlu olduğunu bildirib.
Sabahdan Azərbaycanda 5 günlük tətil başlayır
Sabahdan Azərbaycanda 5 günlük tətil başlayır. Sabah - dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar qeyri-iş günüdür. 2017-ci ilin yanvarın 1-2-də Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq. Əmək Məcəlləsinə əsasən, dekabrın 31-i həftənin şənbə, yanvarın 1-i isə bazar gününə təsadüf etdiyindən yanvarın 3-də və 4-də də iş olmayacaq. Yanvarın 5-i isə iş günü hesab edilir. Report.az
Azərbaycan XİN cəbhədə baş verənlərlə bağlı növbəti bəyanat yayıb
Azərbaycan Xarici İşlər Nazirliyinövbəti bəyanatla çıxış edib. Nazirliyin mətbuat xidmətindən daxil olan bəyanatda bildirilir ki, son zamanlar Ermənistan tərəfindən Vyana və Sankt-Peterburqda aparılmış danışıqları və münaqişəsinin sülh yolu ilə həlli istiqamətində olan səyləri pozmağa və münaqişənin əhatəsini genişləndirməyə yönəlmiş təxribatların artırılmasına münasibətdə Xarici İşlər Nazirliyi Azərbaycan tərəfinin dərin narahatlığını izhar edir və aşağıdakıları bildirir: "29 dekabr 2016-cı il tarixində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədini pozaraq, növbəti təxribat əməlini həyata keçirmişdir. Ermənistan silahlı qüvvələrinin bu təxribat əməlinin qarşısı alınıb və Ermənistan kəşfiyyat-diversiya qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Hücumun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qurbanov Çingiz həlak olub, onun cəsədi Ermənistan tərəfinə aparılıb.
Bu il dövlət hesabına 1000-ə yaxın ürək əməliyyatı aparılıb
Bu gün Səhiyyə Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirib ki, bu il bədxassəli şişlərlə mübarizə işində də nəzərəçarpan irəliləyiş əldə olunub.
İlham Əliyev Kuba və Sudan rəhbərlərini təbrik edib
Prezident İlham Əliyev Kuba Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusaya təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Sədr, Kuba Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Prezident İlham Əliyev fərman imzaladı
Prezident İlham Əliyev Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.
FHN dənizdə batmaq təhlükəsi ilə üzləşmiş iki balıqçını helkopterlə xilas edib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizinin Abşeron rayonu Goradil qəsəbəsi sahilindən 14 km dənizə doğru ərazidə qayığın mühərrikinin sıradan çıxması və qayığa su dolması nəticəsində 2 balıqçının küləkli hava şəraitində köməksiz vəziyyətdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, dərhal əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb edilib. Aviasiya dəstəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin birgə əməliyyatı nəticəsində mürəkkəb hava şəraitində balıqçılar xilas ediliblər. Apa.az














