Milli Məclis payız sessiyasına yekun vurdu

Milli Məclis dekabrın 30-da cari ilin son plenar iclasını keçirib. İclasda ilkin olaraq millət vəkili, xalq artisti Zeynəb Xanlarovanın 80 illik yubileyi təbrik edilib. Milli Məclisin spikeri Oqtay Əsədov xalq artistini yubileyi münasibətilə təbrik edərək deputatın ölkə başçısı tərəfindən yüksək mükafat-“Heydər Əliyev” ordeni ilə təltif edildiyini bildirib. Sonra millət vəkilləri müztəlif məsələlər ətrafında mövqelərini ortaya qoyublar.

Maliyyə amnistisiyası haqqında qanun qəbul edildi

Milli Məclis dekabrın 30-da cari ilin son plenar iclasını keçirib. İclasda ilkin olaraq millət vəkili, xalq artisti Zeynəb Xanlarovanın 80 illik yubileyi təbrik edilib. Milli Məclisin spikeri Oqtay Əsədov xalq artistini yubileyi münasibətilə təbrik edərək deputatın ölkə başçısı tərəfindən yüksək mükafat-"Heydər Əliyev" ordeni ilə təltif edildiyini bildirib. Sonra millət vəkilləri müztəlif məsələlər ətrafında mövqelərini ortaya qoyublar. Deputat Qüdrət Həsənquliyev deyib ki, Ermənistan hər vəchlə Rusiyanı Qarabağ münaqişəsinə cəlb etməyə çalışır və bu məqsədlə də hər cür təxribata əl atır. Onun sözlərinə görə, son günlər Ermənstan yenidən təxribat törədir, bu prosesə üçüncü dövləti, xüsusən də, Rusiyanı cəlb etməyə çalışır: "Erməni xalqı bilməlidir ki, Azərbaycan torpaqları işğalçı əsgər üçün ancaq məzar yeri ola bilər, onlar işğal etdiyi ərazilərdən çıxmalıdırlar. Ancaq təəssüflər olsun ki, ermənilərin tütəyinə çevrilmiş KTMT-nin rəhbəri Bordyuja çıxışında separatçı rejimi "Dağlıq Qarabağ Respublikası" adlandırmaqla ermənilərin müdafiəsinə qalxıb". Millət vəkili bildirb ki, Bordyuja ermənilərin ruporuna çevrilib və artıq demək olar ki, o, ermənilərin cibindədir. Millət vəkili hesab edir ki, Azərbaycan son təxribat hadisəsi ilə bağlı bəyant versə də, bu, yetərli deyil: "Biz KTMT-nin hər bir üzvünə ayrı-ayrılıqda müraciət etməliyik". Deputat əlavə edib ki, İsrail baş nazirinin Bakıya səfərindən sonra İranın Azərbaycana qarşı nümayiş etdirdiyi aqressiyası cavabsız qalmamalıdır. O, İran müdafiə nazirinin "Azərbaycanın İsraillə yaxınlaşmasına dözə bilməyəcəyik" bəyanatına cavab olaraq qeyd edib ki, İranın Azərbaycana münasibətdə daha da sərtləşməsi onun özünə problem yaradacaq: "İran Azərbaycana hücum edərsə, xəritədən silinəcək, yerində 5 dövlət yaranacaq". Lakin deputat Cavid Qurbanov həmkarının bəzi fikirləri ilə razı olmadığını vurğulayıb: "Azərbaycanla İran arasında əlaqələr yüksək səviyyədə inkişaf edir və ona görə də hansısa bir şəxsin açıqlamasına belə həssaslıqla yanaşmağa ehtiyac görmürəm". C. Qurbanovun sözlərinə görə, üç gün öncə İran-Azərbaycan Hökumətlərarası Birgə Komissiyanın həmsədri Mahmud Vaezi Azərbaycanda idi və o, istər ölkə başçısı ilə görüşündə, istərsə də mətbuata açıqlamasında iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha dilə gətirib: "Bundan əlavə olaraq biz dünən Naxçıvandan Məşhədə sürət qatarını yola saldıq. Məhz İran tərəfinin təklifi ilə bu qatar "Dostluq" qatarı adlandırıldı. Qatarın yola düşməsi ilə bağlı Culfada qurbanlar kəsilib, şirniyyat paylanıb. Orada da iki ölkə arasında əlaqələrin inkişaf etməsi bir daha bəyan edildi və bu əlaqələrin inkiaf etməsi də konkret əməlin göstəricisi idi". Millət vəkili əlavə edib ki, hər bir ölkənin özünəməxsus daxili siyasəti var: "Biz bu məsələlərə həssaslıqla yanaşmalıyıq və hər açıqlamaya görə belə mövqe bildirməyə lüzum yoxdur". Deputatların səsləndirdikləri fikrə münasibət bildirən spiker Oqtay Əsədov qeyd edib ki, Bordyujanın fikri heç də Rusiyanın mövqeyi demək deyil: "Bordyuja öz fikrini bildirə bilər. Bu gün Bordyujadır baş katib, sabah başqası. Bu, o demək deyil ki, Rusiya onun fikri ilə razılaşır". Spiker əlavə edib ki, İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışa bilməz: "İran prezidenti də Ermənistana səfər etdi, məgər biz onlara qarşı bəyanat verdik?! Ona görə də hər kəs bir-birinə qarşılıqlı hörmət etməlidir". Millət vəkili Siyavuş Novruzov isə orta məktəblərdə Azərbaycanın regionlarının tarixinin ayrılıqda tədris edildiyindən narahatçılıq keçirdiyini bildirib: "Orta məktəblərdə rusdilli bölmələrin 8-ci sinfində Azərbaycan və Dağlıq Qarabağın tarixi ayrı-ayrı kitablarla tədris olunur. Məgər, Dağlıq Qarabağ Azərbaycan tarixi deyil?". O, bildirib ki, bununla bağlı tarix müəllimləri tərəfindən dəfələrlə ona müraciətlər olub. S. Novruzov tarixçi deputat Yaqub Mahmudova müraciət edərək məsələyə aydınlıq gətirilməsini xahiş edib: "Belə çıxır ki, İrəvanın, Naxçıvanın tarixi də ayrı keçirilməlidir? Bu, hansı formada və nəyə uyğun şəkildə tədris olunur? Xüsusilə də, bunun rus dilində tədris olunması məni narahat edir. Çünki bundan istənilən an istifadə edib, deyə bilərlər ki, Azərbaycanın özündə belə Dağlıq Qarabağın tarixi ayrı dərslik kimi tədris olunur. O baxımdan, xahiş edirəm ki, bununla bağlı araşdırma aparılsın". S.Novruzovun qaldırdığı məsələyə millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitunun direktoru Y. Mahmudov isə belə cavab verib ki, bir tarix var, o da - Azərbaycan tarixidir: "Bu təxribatın qarşısı alınmalıdır. Azərbaycanın bir tarixi var. Kimlərsə təxribat yaradaraq, Azərbaycan tarixinə qara yaxmaq istəyirlər". Milli Məclisin sədri Oqtay Əsədov də öz növbəsində bildiridb ki, kitabları yazanlar üzə çıxarılmalıdır: "Araşdırın görək bunu kim yazıb?!". Sonra gündəlikdə duran qanun layihələrinin müzakirəsi davam etdirilib. Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsi barədə məlumat verib. Bildirib ki, sənəd prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanıb. "anun layihəsi sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılmasına hesablanıb. Qanun layihəsinin 1-ci maddəsinə əsasən, vergi ödəyicilərinin vergilərinin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər üzrə borclarının tənzimlənməsi ilə bağlıdır. Həmin maddəyə əsasən, vergi ödəyicilərinin vergilərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqlərində mövcud olan borcları müvafiq icra orqanları tərəfindən silinir. Daha dəqiq, vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30%-i ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 70%-i müvafiq icra hakimiyyəti tərəfindən silinir. Vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50%-i ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 50%-i isə müvafiq icra hakimiyyəti tərəfindən silinəcək. Vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70%-i ödənildikdə isə maliyyə sanksiyalarının ödənilməmiş 30%-i müvafiq icra hakimiyyəti tərəfindən silinəcək. Qanun ümumilikdə 44704 vergi ödəyicisini əhatə edəcək. Bunun 1037-si dövlət sektorunda, 43667-si isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Faizlərin silinməsi nəticəsində 386,4 milyon manat məbləğin silinməsi təmin olunacaq. Bunun da 125,5 milyon manatı dövlət sektorunun, 260,9 milyon manatı isə qeyri-dövlət sektoruna aiddir. Eyni zamanda, nağd pul hesablaşmalarının qaydalarının aparılmasının pozulmasına görə, 6304 vergi ödəyicisinin 3 milyon manat məbləğində maliyyə sanksiyasının 2017-ci ilin 1 yanvar vəziyyətinə silinməsi nəzərdə tutulur. Digər maliyyə sanksiyalarının silinməsinə gəlincə, yanvar, fevral və mart ayları ərzində ödənişlərinə adekvat olaraq qalan maliyyə sanksiyasının silinməsi nəticəsində 13780 vergi ödəyicisinin 234 milyon manat məbləğində maliyyə sanksiyası silinəcək. Beləliklə, qanunun iqtisadi effektivliyi kimi 44704 vergi ödəyicisinin təxminən 624 milyon manat vəsaitinin silinməsi təmin olunacaq. Eyni zamanda, faiz məbləğlərinin silinməsi nəticəsində Bakı şəhəri üzrə 288,3 milyon manat faiz məbləğinin, regionlar isə 98 milyon manat faiz məbləğinin silinməsi təmin ediləcək. Qalan 237 milyon manat maliyyə sanksiyasına münasibətdə isə 138,5 milyon manat Bakı şəhərində qeydiyyatda olan vergi ödəyicilərinin, 98,5 milyon manat isə regionlarda qeydiyyatda olan vergi ödəyicilərinin maliyyə sanksiyasının silinməsi təmin olunacaq.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31