Türkiyədə "ikili" seçkilərin ilkin tarixi məlum oldu
Türkiyədə parlament və prezident seçkilərinin ilkin tarixi 3 noyabr 2019-cu il müəyyən olunub. Məlumata görə, konstitusiyaya edilən yeni dəyişikliklərə əsasən, bu seçkilər bir gündə keçiriləcək.
30 Dekabr 2016 16:00 DünyaTürkiyədə parlament və prezident seçkilərinin ilkin tarixi 3 noyabr 2019-cu il müəyyən olunub. Məlumata görə, konstitusiyaya edilən yeni dəyişikliklərə əsasən, bu seçkilər bir gündə keçiriləcək.
Qeyd edək ki, ötən gün Türkiyə parlamentinin hüquq komissiyası yeni konstitusiyanın bir sıra maddələrini qəbul edib. Ölkə Konstitusiyasına dəyişikliklər hazırda Türkiyə Böyük Millət Məclisində müzakirə olunur. Bununla bağlı referendum 2017-ci ilin aprelində keçirilə bilər. Bu barədə Trend-ə Türkiyənin Ali Seçki Komitəsindən məlumat verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31