Gündəm

İrəvan işğal altındakı torpaqları azad etməyənə qədər...

30 Dekabr 2016 14:37

Ermənistan ənənəvi təxribat hərəkətlərini davam etdirməkdədir. Son aylar cəbhə xəttində atəşkəs rejimini müntəzəm olaraq pozan işğalçı ölkənin təmas xəttində gərginliyi artıracağı gözlənilən idi. Çünki Ermənistan daxilində yaranmış siyasi gərginliyi və vətəndaş müharibəsi təhlükəsini önləmək üçün Sərkisyan hakimiyyətinin yenidən Qarabağ kartından yararlanacağı qaçılmaz hal alırdı. Və gözlənilən kimi də oldu. Dekabrın 29-da Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində təxribata əl ataraq mövqelərimizə doğru hərəkət etməyə cəhd göstərdilər. Lakin bu dəfə də düşmən istəyinə nail ola bilməyərək ciddi itgi verərək geri çəkilmək məcburiyyətində qaldı.

Ehtiyac meyarı yaşayış minimumu həddinə çatdırılmalıdır

30 Dekabr 2016 14:36

Azərbaycanda əhalinin sosial müdafiəsinin təminatı daim diqqət mərkəzində olub. Dünya ölkələrində iqtisadi geriləmənin baş verməsi, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq ölkəmizdə sosial layihələrin həyata keçirilməsi davam etdirilib. Növbəti ildə də Azərbaycanda sosialyönümlü proqramların icrası nəzərdə tutulur. O da faktdır ki, dünyada davam edən maliyyə böhranının ölkəmizə təsirinin minimuma endirilməsi istiqamətində tədbirlər planı davam etdirilir. Məhz bu tədbirlərin tərkib hissəsi olaraq gələn ilin dövlət büdcəsinin qəbulu zamanı yaşayış minimumu və ehtiyac meyarına yenidən baxıldı. Nəhayət Azərbaycan Respublikasının Prezidenti sərəncamı ilə yaşayış minimumu və ehtiyac meyarı artırıldı.

Dünya Azərbaycanlılarının Həmrəyliyinə gedən yol

30 Dekabr 2016 14:32

Yeni təqvim ilinin başlanğıcı artıq neçə illərdir ki, Azərbaycan xalqı, eləcə də dünyada yaşayan bütün azərbaycanlılar üçün ikiqat bayrama çevrilir. Günümüzdə 31 dekabr tarixini yalnız yeni ilin gəlişi kimi deyil, eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi də qeyd edirik. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın hər bir ölkəsində yaşayan azərbaycanlılar tərəfindən böyük ruh yüksəkliyi ilə qeyd olunur. Yaxın tarixə nəzər salsaq görərik ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü də məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Həmin ərəfədə Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Həmin günlər qardaş ölkədə türk dilli xalqların konfransı keçirilirdi ki, elə həmin konfransda da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərara alındı. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi.

Vergi amnistiyasının tətbiqi təqdirediləndir

30 Dekabr 2016 14:33

Başa vurmaqda olduğumuz 2016-cı ilin ən yadda qalan hadisələrindən biri də vergi amnistiyası aktının qəbulu olacaq. Məlumat üçün qeyd edək ki, qanun layihəsi vergi ödəyicilərinin vergilər üzrə borclarının əsas məbləğini deyil, faiz və maliyyə sanksiyaları üzrə 1 yanvar 2017-ci il tarixə mövcud olan borclarını tənzimləyəcək. Sözügedən qanun layihəsinin gündəmə gəlməsi və onun qəbulu inqilabi islahat kimi xarakterizə edilib. Elə bu səbəbdəndir ki, vergi amnistiyası aktının qəbulu birməanlı olaraq dəstək qazanıb. Amma, bəzən hansı vergi borclarının silinəcəyi barədə mübahisəli məqamlar ortaya çıxır ki, bu da bir sıra vergi ödəyicilərinin qanunvericilikdən az məlumatlı olması ilə əlaqədardır.

Ermənistan kompromisə və danışıqlara hazır deyil

30 Dekabr 2016 14:30

Sərhəddə baş verən bu kimi təxribatlar münaqişəni yenidən alovlandıra bilər. Ermənistan hakimiyyəti zaman-zaman daxildəki siyasi gərginliyi ört-basdır etmək, cəmiyyətin diqqətini Qarabağ kartına yönəltmək məqsədilə istifadə etdiyi ssenari bu dəfə də işə yaradı. Bir neçə gün əvvəl onlarla insanın həlak olması ilə nəticələnən polis qarşıldurması və vətəndaş müharibəsi təhlükəsindən sığortalanmaq üçün işğalçı cəbhə xəttində yenidən gərginliyi artırmağa və təxribat törətməyə cəhd göstərdi. Belə ki, dekabrın 29-da Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Bu arada Ermənistanın təxribat cəhdinə şimal qonşumuzdan verilən reaksiya təəssüf doğurub. Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi təxribatda düşmən ölkə deyil, Azərbaycanı günahlandırıb.

Türkiyənin 16 şəhidinin Suriya MÜƏMMASI

30 Dekabr 2016 14:28

Türkiyə Suriyanın Əl-Bab şəhərinin azad olunması üçün gedən döyüşlərdə 16 hərbçinin ölümündə üçüncü qüvvələrdən şübhələnir. Bu barədə Türkiyənin hökumətyönümlü KİV-ləri məlumat verir. Məlumata görə, türk hərbçilərinin dəqiq koordinatları məxfiləşdirilmişdi və bu, yalnız beynəlxalq koalisiya mənsublarına məlum idi.

ABŞ təyyarəsi YOXA ÇIXDI

30 Dekabr 2016 14:26

ABŞ-ın sahil mühafizə xidməti Ohayo aeroportundan qalxandan sonra radarlardan itən “Cessna 525” yüngül təyyarənin axtarışlarına başlayıb.  Bu haqda ABC telekanalı bildirib. Telekanalın məlumatına görə, təyyarə yerli vaxtla saat 23.00-da Klivlend şəhərində yerləşən Berk Leykfront aeroportundan uçub. Bir müddətdən sonra aeroportun aviadispetçerləri hava gəmisi ilə əlaqəni itiriblər. ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FAA) bildirib ki, təyyarə Ohayonun ştatının universitetinə uçurdu. Təyyarənin göyərtəsində olan insanların sayı haqqında məlumat verilməyib. Bu barədə Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir.

2-ci sinif kitabındakı ERMƏNİ MİSRALARINA SƏRT REAKSİYA: Söyüşlərə...

30 Dekabr 2016 14:24

İkinci sinif “Ana dili” dərsliyindəki “Təzə il” şeirindəki misralar müzakirəyə çevrilib. Mürvət Qədimoğlunun müəllifi olduğu şeirin müzakirəyə səbəb olan misrası belədir:

KTMT Bordyujanın "DQR" bəyanatına aydınlıq gətirib

30 Dekabr 2016 14:18

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan tərəfini təşkilatın baş katibi Nikolay Bordyujanın Ermənistan-Azərbaycan sərhədində silahlı insidentlə bağlı yaydığı bəyanatında işlətdiyi "Dağlıq Qarabağ Respublikası" ifadəsinə əhəmiyyət verməməyə çağırıb.

Hamilə qadını öldürən şəxsə AĞIR CƏZA

30 Dekabr 2016 14:14

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birlikdə yaşadığı hamilə qadını qətlə yetirməkdə təqsirləndirilən Altay Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Deputat: "KTMT baş katibi ermənilər tərəfindən ələ alınıb"

30 Dekabr 2016 14:08

"Ermənistan tərəfi qəsdən sərhəddə təxribat törətməklə 3-cü ölkələri münaqişəyə cəlb etmək istəyir".

Azay Quliyev: "KTMT baş katibinin bəyanatı qəbuledilməzdir"

30 Dekabr 2016 14:06

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən hadisə ilə bağlı bəyanatı qəbuledilməzdir". Bunu açıqlamasında millət vəkili Azay Quliyev N.Bordyujanın bəyanatını şərh edərkən deyib.

Metroda DƏHŞƏT: 8 nəfər intihar etmək istədi - VİDEO

30 Dekabr 2016 13:58

Çinin paytaxtı Pekindəki metroda dəhşətli hadisə baş verib. Vaqonda olan 8 nəfər dərman içərək intihar etmək istəyib.  Yerə yıxılan şəxslər qatar stansiyaya çatan zaman təhlükəsizlik işçiləri tərəfindən vaqondan çıxarılıblar.