Gündəm

"Neft Daşları” yatağında yeni quyu istismara verilib

30 Dekabr 2016 13:55

“Azneft” İstehsalat Birliyi tərəfindən “Neft Daşları” yatağında hasilatın artırılması üçün yeni quyuların qazılması işləri uğurla davam etdirilir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu günlərdə “Neft Daşları” yatağındakı 1954A nömrəli estakadayanı meydançadan 2684 nömrəli quyu qazmadan sonra istismara verilib. Kompleks Qazma İşləri Tresti tərəfindən qazılmış quyu Qırmakıaltı lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 1591-1587 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.

Metronun iş rejimi dəyişdi

30 Dekabr 2016 13:54

31 dekabr 2016-cı il tarixində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar «Bakı Metropoliteni»QSC-nin bütün stansiyalarının iş rejimi dəyişidirilib. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev verib. O, bildirib ki, Bakı şəhərində keçiriləcək tədbirlərin iştirakçılarının daşınması məqsədilə, «Bakı Metropoliteni»QSC-nin bütün stansiyalarının iş rejimi 2016-cı il dekabr ayının 31-dən 2017-ci il yanvarın 1-nə keçən gecə saat 02:00-a, zərurət yaranarsa, saat 02:30-a qədər uzadılacaq.

Heydər Əliyevin siyasi iris öyrənilib

30 Dekabr 2016 13:53

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Baş Ofisində Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VIII qrant müsabiqənin qalibi olmuş Cəbrail Fərzəliyev "Heydər Əliyev siyasi irsinin öyrənilməsi” adlı layihənin bağlanış mərasimini keçirib.

Hərbi hissələrdə “Açıq qapı” günü keçirilir

30 Dekabr 2016 13:51

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq bu gün saat 11.00-dan başlayaraq hərbi hissələrdə "Açıq qapı" günü keçirilir. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təşkil olunan ənənəvi tədbirdə ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti, nümayişi etdirilən döyüş texnikaları və silahlarla yaxından tanış olur, eləcə də xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkirlər. Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən "Açıq qapı" günündə valideynlərlə təşkil olunan görüşdə onları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq.

MTN generallarının həbs müddəti uzadılıb

30 Dekabr 2016 13:49

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Filmimiz Beynəlxalq Film Festivalında

30 Dekabr 2016 13:43

Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi 15-ci Dəkkə Beynəlxalq Film Festivalının “Uşaq filmləri” bölümünə dəvət alıb. Festival 12-20 yanvar tarixlərində Banqladeşin paytaxtı Dəkkə şəhərində keçiriləcək.

Yadplanetlilərin enerji topladığı anı göstərən ŞOK VİDEO

30 Dekabr 2016 13:38

SOHO (Günəşi müşahidə edən əsas cihaz) kosmik aparatı naməlum, məxsus böyük qara obyektin Günəşdən enerji aldığını qeydə alıb. UNO bir neçə dəfə Günəşə yaxınlaşır və lazımi enerjini götürərək, oranı tərk edir. Bununla bağlı hazırlanmış videoda da hər şey açıq şəkildə görünür. Alimlər bununla yadplanetlilərin Günəşdən və göy ulduzlarından qidalandığının sübut edildiyini hesab edir. Publika.az

İŞİD-in lideri mühafizəçiləri ilə birlikdə məhv edildi – SON DƏQİQƏ

30 Dekabr 2016 13:35

Türkiyə ordusu Suriyanın şimalında həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatında İŞİD terror qruplaşmasına ağır zərbə vurub.

"Sanksiyalar bizə təsir etməyəcək"

30 Dekabr 2016 13:29

Rusiya prezidentinin internetin inkişafı məsələləri üzrə müşaviri German Klimenko bəyan edib ki, ABŞ-ın Rusiya əleyhinə yeni sanksiyaları kibertəhlükəsizlik üzrə ölkələr arasında münasibətlərə təsir etməyəcək. Onun sözlərinə görə, bu sahədə münasibətlər aşağı səviyyədədir.  "ABŞ və Rusiya arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın onsuz da aşağı səviyyədə olduğunu nəzərə alsaq, demək olar ki, yeni sanksiyalar bu sektorda heç nəyi pisləşdirə bilməz", - deyə Klimenko vurğulayıb.  Bu barədə azvision.az RNS-ə istinadən xəbər verir. 

Bayramda buludlar bizimlə olacaq

30 Dekabr 2016 13:27

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə,dekabrın 31 – də  Bakı və Abşeron yarımadasında  havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturunun gecə 3-6° isti, gündüz  6-9° isti, Bakıda gecə 4-6° isti, gündüz  7-9° isti olacağı gözlənilir.

Oqtay Əsədov: “Bu kitabları yazanlar üzə çıxarılmalıdır”

30 Dekabr 2016 13:23

"Bir qrup tarixçi müəllim mənə müraciət edib. Müəllimlərin dediyinə görə, 8-ci sinifdə rus dili bölməsində Azərbaycan və Qarabağın tarixi ayrıca kitablarla tədris olunur. Bu məsələ araşdırılmalıdır”. Bunu Milli Məclisin plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. O qeyd edib ki, bu məsələ diqqətdə saxlanılmalıdır: “Tarixi ayrıca tədris etmək nə deməkdir? Azərbaycana məxsus yerlərin ayrıca tədris olunmasına nə ehtiyac var ki?!”

Prezidentin qızının evində oğurluq

30 Dekabr 2016 13:22

Türkiyənin 8 – ci prezidenti Turqut Özalın qızı Zeyəb Özalın təxminən 350 min liralıq zinnet əşyaları oğurlanıb. Hadisə İstanbulun Sarıyer qəsəbəsində qeydə alınıb.

Rusiya ilə İŞİD-i müqayisə etməyin mənası yoxdur

30 Dekabr 2016 13:20

“Rusiya tərəfindən NATO-dakı tərəfdarlarımız birbaşa təhdid edilmir”.  Bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “DPA” agentliyinə müsahibəsində deyib.

Heyvani xəstəliklərlə bağlı aparılmış monitorinqin nəticələri açıqlanıb

30 Dekabr 2016 13:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin “Vəhşi Təbiətə Epidemioloji Nəzarət Laboratoriyası” tərəfindən Xəzər dənizi, Binəqədi şosesi ərazisində yerləşən təbii su hovuzunun sahili, Keyrəki palçıq vulkanının ətrafı və Milli parklarda heyvani xəstəliklərlə bağlı monitorinq keçirilib.

Cəzalandırmaq üçün 8 balasını gözləri qarşısında öldürdü

30 Dekabr 2016 13:13

Hindistanda bir qadının törətdiyi əməl bütün ölkəni dəhşətə gətirib. Hadisə Krişnanaqar şəhərində baş verib. Məlum olduğu kimi Hindistan sahibsiz heyvanların çoxluq təşkil etdiyi ölkələr sırasına daxildir.