Rusiya ilə İŞİD-i müqayisə etməyin mənası yoxdur
“Rusiya tərəfindən NATO-dakı tərəfdarlarımız birbaşa təhdid edilmir”. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “DPA” agentliyinə müsahibəsində deyib.
30 Dekabr 2016 13:20 Dünya"Rusiya tərəfindən NATO-dakı tərəfdarlarımız birbaşa təhdid edilmir". Bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın "DPA" agentliyinə müsahibəsində deyib. "Rusiya bizim qonşumuzdur və qonşumuz olaraq qalacaq. Ona görə də biz onunla dialoqa və gərginliyin azaldılması səylərini dəstəkləməyə çalışırıq", - o söyləyib. Y.Stoltenberq "2017-ci ildə NATO üçün hansı təhlükəlidir - Rusiya, ya İŞİD" sualına cavabında deyib: "Rusiya ilə İŞİD-i müqayisə etməyin mənası yoxdur. İŞİD NATO-nun paytaxtında çoxsaylı terror aktlarının törədilməsinin məsuliyyətini daşıyır. Bizim hədəfimiz İŞİD-i dağıdıb, məhv etməkdir". NATO-nun baş katibi Suriyada BMT Təhlükəsizlik Şurasının faydalı olmadığını da vurğulayıb.
Qeyd edək ki, Y.Stoltenberqin səlahiyyət müddəti 2018-ci ildə bitir. Bu barədə "Report" TASS-a istinadən xəbər verir.