Heydər Əliyevin siyasi iris öyrənilib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Baş Ofisində Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VIII qrant müsabiqənin qalibi olmuş Cəbrail Fərzəliyev "Heydər Əliyev siyasi irsinin öyrənilməsi” adlı layihənin bağlanış mərasimini keçirib.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Baş Ofisində Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VIII qrant müsabiqənin qalibi olmuş Cəbrail Fərzəliyev "Heydər Əliyev siyasi irsinin öyrənilməsi" adlı layihənin bağlanış mərasimini keçirib. "OLAYLAR"-ın xəbərinə görə, tədbiri giriş sözü ilə layihə rəhbəri Cəbrail Fərzəliyev açıb. O, layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin əsas məqsədi Heydər Əliyev irsini gənclərə aşılamaqdan ibarətdir. Bundan əlavə o həmçinin qeyd edib ki, Heydər Əliyev demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu sahəsində misilsiz xidmətlər göstərib.Heydər Əliyevin gənclər siyasətinə toxunan Cəbrail Fərzəliyev qeyd edib ki, Ulu öndərin hakimiyyətə qayıdışı ilə gənc nəslin inkişafı yeni mərhələyə qədəm qoyub. O, bu mövzunun gənclər üçün maraqlı olduğunu bildirib. Bu nöqteyi nəzərdən "Heydər Əliyev siyasi irsinin öyrənilməsi" adlı layihənin aktual olduğunu qeyd edib. Tədbirin sonunda layihədə iştirak edən gənclər sertifikatla təltif olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31