Gündəm
Şəhid əsgərimiz ali təhsilli imiş
Xəbər verdiyimiz kimi, Azərbaycan ordusunun əsgəri Qurbanov Çingiz Salman oğlu ötən gün erməni təxribatının qarşısını alarkən şəhid olub. Onun meyidi düşmən nəzarətindəki ərazidə qalıb.
İddiasız şair
Əhalinin radiasiya təhlükəsizliyi fərqli aparılacaq
Əhalinin radiasiya təhlükəsizliyi fərqli formada aparılacaq. “Olaylar” xəbər verir ki, bu Milli Məclisin payız sessiyasının son iclasında müzakirəyə çıxarılan “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” qanunda öz əksini tapıb. layihə haqqında məlumat verən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, dəyişikliyin məqsədi qanunun “Lisenziyalar haqqında” qanuna uyğunlaşdırılması üçündür.
Parlament bəzi qanunlara dəyişiklik edib
Milli Məclisin payız sessiyasının son plenar iclasında bir sıra qanunlara dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, müzakirəyə çıxarılan "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Nəşriyyat işi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında","Lotereyalar haqqında" və "Təhsil haqqında" qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələrində dəyişiklik texniki xarakterlidir və 2015-ci il martın 15-də qəbul edilmiş “Reklam haqqında” qanununa uyğunlaşdırmaq məqsədi daşıyır.
Oqtay Əsədov: “İran Azərbaycanın daxili işlərinə qarışa bilməz”
Milli Məclisin plenar iclasında İran rəsmilərinin İsraillə münasibətlərə görə Bakını təhdid etməsi məsələsi qaldırılıb. “Olaylar” xəbər verir ki, deputat Qüdrət Həsənquliyev çıxış edərək bildirib ki, İsrail baş nazirinin Bakıya səfərindən sonra İranın Azərbaycana qarşı nümayiş etdirdiyi aqressiyası cavabsız qalmamalıdır.
Miqrasiya orqanı əməkdaşları üçün yeni medal təsis edilir
Azərbaycanda xidmətdə fərqlənən miqrasiya orqanı əməkdaşları üçün yeni medal təsis edilir. “Olaylar” xəbər verir ki, Milli Məclisin iclasında “Azərbaycan Respublikası orden və medallarının təsis edilməsi haqqında” qanuna əlavə və dəyişiklik müzakirə olunub.
Azərbaycanda vergi amnistisiyası tətbiq ediləcək
Milli Məclisin plenar iclasında "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsinə baxılıb. “Olaylar” xəbər verir ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad bildirilib ki, son illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində dövlət başçısı tərəfindən mühüm addımlar atılır.
Müğənni həyat yoldaşını ÖLÜMLƏ HƏDƏLƏYİR: "Evə qayıtsam, məni öldürəcək"
Mustafa Topaloğlu 18 illik həyat yoldaşı Derya Topaloğlunu yumruqla döyərək alın sümüyünü qırıb.Mustafa Topaloğlunun dini nikahla özünə arvad ediyi, 2 uşağının anası Derya Topaloğluya şiddət göstərdiyi iddia edilir.
Azərbaycanda telekommunikasiya və İT-nin inkişafına dair strateji hədəflər açıqlandı
Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji hədəflər müəyyən olunub. Məlumata görə, bu barədə Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Hindistanda azı 10 mədənçi ölüb
Hindistanın Carkxand ştatındakı kömür mədənində baş verən qəza nəticəsində azı 10 nəfər mədənçi həlak olub. Bu barədə “Hindustan Times” məlumat yayıb. Hadisə ötən gecə baş verib. Xilasetmə işləri duman və qaranlıq səbəbindən bu gün səhər başlayıb. İlkin ehtimala görə, hadisə baş verən zaman içəridə 10-12 avtomobil texnikası işləyib. İçəridə daha 30 fəhlənin qaldığı ehtimal olunur. Apa.az
Azərbaycanda elektron səhiyyə proqramı yaradılacaq
Azərbaycanda elektron səhiyyə proqramının yaradılmasının nəzərdən keçiriləcək. Məlumata görə, bu barədə Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində deyilir. Elektron səhiyyə proqramı elektron həllərin (həll variantlarının) işlənib hazırlanmasını, yüksək keyfiyyətdə və hamı üçün əlçatan səhiyyə xidmətlərinin göstərilməsini təmin edəcək.
Azərbaycanlı siyasi məhbus azadlığa buraxıldı
Azərbaycanda “Mobil hökumət” konsepsiyası hazırlanacaq
Azərbaycanda “Mobil hökumət” konsepsiyası hazırlanacaq. Məlumata görə, bu barədə Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində deyilir. Konsepsiya “Elektron hökumət”in növbəti inkişaf mərhələsi olacaq. “Hökumət bulud”un (G-cloud) yaradılması vasitəsilə isə dövlət orqanlarının informasiya sistemlərinin istismarı, infrastrukturun qurulması və standartların formalaşdırılması üzrə tədbirlər əlaqələndiriləcək. Apa.az
BQXK: Azərbaycan əsgərinin meyitinin qaytarılmasında neytral vasitəçilik etməyə hazırıq
“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) hazırda münaqişə tərəflərinin hakimiyyət orqanları ilə əlaqədədir və bu məsələni yaxından izləyir”.
İtkin düşən əsgərlə bağlı MƏLUMAT - Dövlət Komissiyası yaydı
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşən əsgərlə bağlı məlumat yayıb. 29 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun meyidinin qarşı tərəfdən alınması ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə müvafiq tədbirlər görülür. Proseslə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.














