Gündəm

3 sığorta şirkəti bağlandı

30 Dekabr 2016 12:37

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 29 dekabr 2016-cı il tarixli qərarına əsasən, "Buta Sığorta", "Beynəlxalq Sığorta Şirkəti" və "Azərqarant Sığorta" ASC-lərə sığorta fəaliyyətinə verilmiş lisenziyaları sığortaçıların müraciətinə əsasən ləğv edilib.

Yanvar ayına olan hava

30 Dekabr 2016 12:34

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

Nəqliyyatı Mübadilə Mərkəzində yeni dayanacaqlar qoyulacaq

30 Dekabr 2016 12:27

Metronun "Koroğlu" stansiyası yaxınlığındakı Nəqliyyatı Mübadilə Mərkəzində yeni dayanacaqlar qoyulacaq. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsi yayıb. Bildirilib ki, yeni dayanacaqların qoyulmasına dekabrın 30-da start veriləcək. Agentlikdən verilən məlumata görə, tədbir zamanı Bakı Nəqliyyat Agentliyi balaca sərnişinləri üçün surprizlər edəcək.

Metro stansiyalarında konsert proqramı təşkil olunacaq

30 Dekabr 2016 12:26

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Bakı Metropolitenində bir sıra konsert proqramları keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev xəbər verib. O, bildirib ki, metropolitenin stansiyalarında konsert proqramı 4 gün davam edəcək. Belə ki, dekabrın 30-da başlayan konsert proqramı hər stansiyada 1,5 saat davam edəcək. Öncə klassik, daha sonra xalq mahnıları ifa ediləcək. Konsert proqramı metronun "28 May", "Elmlər Akademiyası", "İçəri şəhər" və bənövşəyi xəttin Memar Əcəmi" stansiyalarında yanvarın 2-dək davam edəcək.

"Sərbəst elektron resurslar və milli rəqəmsal yaddaş” mövzusunda tədbir keçirilib

30 Dekabr 2016 12:23

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 2016-cı ilin yekunlarına və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Müasir kitabxanada Azərbaycan həmrəyliyi: sərbəst elektron resurslar və milli rəqəmsal yaddaş” mövzusunda tədbir keçirilib.

Səma yenidən “O səs Türkiyə”də

30 Dekabr 2016 12:20

Bu günlərdə Türkiyə səfərindən qayıdan müğənni Səma ikinci dəfə  “O səs Türkiyə”nin seçimlərinə qatılıb. Səsinə güvənən sənətçi bildirdi ki, əslində bundan öncə yarışmaya qatılmaq şansı qazanıb. Böyük səhnəyə dəvət alan zaman o, Moskvada keçirilən konsert proqramında iştirak edib. Bu səbəbdən şansı dəyərləndirə bilməyib. Səs yazısı bəyənilən azərbaycanlı müğənniyə yenidən dəvət gəlib və o, bu məqsədlə qonşu ökəyə üz tutub.

Azərbaycanlı müğənni Türkiyədə böyük marağa səbəb olub

30 Dekabr 2016 12:16

Türkiyənin İzmir şəhərində keçirilən Dünya Qarapapaq Türk İş Adamları Birliyinin rəsmi qurultayına dəvət olunan azərbaycanlı müğənni Rövşən Civişov hər kəsi heyran edib.

Təhsil müəssisələrində bayram tədbirləri keçirilib

30 Dekabr 2016 12:13

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbirləri keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbirlərdə təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, valideynlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

Millət vəkilindən sərt sözlər

30 Dekabr 2016 12:12

“KTMT-yə baş katibliyini sürdürməkdə olan Nikolay Bordyuja Azərbaycan-Ermənisatan sərhəddindəki erməni təxribatında bizi suçlandırmağa cəhd etmək və bu zaman Dağlıq Qarabağdakı qondarma qurumu "respublika" adlandırmaqla demək istəyir ki, onun erməni generalla əvəzlənməsinə heç ehtiyac da yoxdur”.

Natəvan Mirvətova: "Telefon danışıqları Eldar Mahmudovun tapşırığı əsasında dinlənilib"

30 Dekabr 2016 12:02

Bir müddət ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əməliyyat Texniki İdarəsinin keçmiş rəisi, bir sıra vəzifə səlahiyyətlərində təqsirləndirilən general-mayor Natəvan Mirvətovanın istintaq zamanı verdiyi ifadə məlum olub.

Teymur Quliyev: “Tağı Əhmədovun telefonlarının dinlənilməsi tapşırığını Akif Çovdarov təsdiqləyib”

30 Dekabr 2016 12:01

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN Monitorinq Mərkəzinin həbsdə olan rəhbəri, general Teymur Quliyevin istintaq zamanı verdiyi ifadə məlum olub.

Vidadi Zeynalov və digərlərinin məhkəməsində şahidlər dindirilib

30 Dekabr 2016 11:59

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Aztəminatlı ailələrin uşaqları üçün şənlik keçirilib

30 Dekabr 2016 11:51

11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə şənlik keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Mərkəz xidmətlərindən bəhrələnən aztəminatlı ailələrin uşaqları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, məcburi köçkün ailələrdən olan uşaqlar, körpələr evi və uşaq bağçası fidanlarının da şənləndiyi tədbirdə şaxta baba və qar qız uşaqları bayram münasibəti ilə təbrik edib, onlara yeni ildə yeni uğurlar arzulayıb, bayram hədiyyələri təqdim edib.

Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində sınaqlar keçirilib

30 Dekabr 2016 11:49

Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir. Bu məqsədlə artıq bəzi sınaqların keçirilməsinə başlanıb. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi dizel ilə işləyən lokomotivlərin bir neçə dəfə sınağı keçirilib.