Aztəminatlı ailələrin uşaqları üçün şənlik keçirilib
11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə şənlik keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Mərkəz xidmətlərindən bəhrələnən aztəminatlı ailələrin uşaqları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, məcburi köçkün ailələrdən olan uşaqlar, körpələr evi və uşaq bağçası fidanlarının da şənləndiyi tədbirdə şaxta baba və qar qız uşaqları bayram münasibəti ilə təbrik edib, onlara yeni ildə yeni uğurlar arzulayıb, bayram hədiyyələri təqdim edib.
30 Dekabr 2016 11:51 Sosial11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə şənlik keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Mərkəz xidmətlərindən bəhrələnən aztəminatlı ailələrin uşaqları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, məcburi köçkün ailələrdən olan uşaqlar, körpələr evi və uşaq bağçası fidanlarının da şənləndiyi tədbirdə şaxta baba və qar qız uşaqları bayram münasibəti ilə təbrik edib, onlara yeni ildə yeni uğurlar arzulayıb, bayram hədiyyələri təqdim edib.