Gündəm

Hərbi hissədə bayram tədbiri keçirilib

30 Dekabr 2016 11:46

Gənclər və İdman Nazirliyi tərəfindən “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibəti ilə Qaradağ rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində “Vətənimə xidmət edirəm” adlı mədəni-kütləvi tədbir keçirilib.

Məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək

30 Dekabr 2016 11:44

Sabahdan yeni doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək. Məlumata görə, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 29 iyul 2016-cı il tarixli qərarı ilə “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”da edilən dəyişikliklərdə əksini tapıb. Dəyişikliyə əsasən, 2016-cı il 31 dekabr tarixindən sonra doğulmuş məcburi köçkün uşaqları yemək xərci üçün aylıq müavinətin verilmədiyi şəxslərin siyahısına daxil edilib. 

BNA Bakı ilə bağlı videoçarx hazırlayıb- VİDEO

30 Dekabr 2016 11:45

Bakı Nəqliyyat Agentliyi daha bir yeniliyə imza atıb. Belə ki, Agentliyin səhifə izləyiciləri üçün "Köhnə və Yeni Bakı" layihəsi çərçivəsində doğma Bakımızın bizlərə yaxşı tanış olan məkanlarının videoçarxı hazırlanıb. BNA-nın ictimaiyyətlə əlaaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, videoçarx paytaxtın ötən əsrdəki və indiki görüntülərindən ibarət fotoçəkiliş əsasında hazlrlanıb.

Aztəminatlı ailələrin uşaqları sevindirilib

30 Dekabr 2016 11:40

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Beyləqan Günərzi Qayğı Mərkəzinə cəlb edilmiş uşaqlar və onların valideynləri üçün bayram tədbiri keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə çıxış edənlər Günərzi qayğı mərkəzinin fəaliyyətindən söz açan natiq sağlamlıq imkanları məhdud və sosial təhlükəli vəziyyətdə yaşayan uşaqlara, həmçinin onların ailələrinə, valideynlərə göstərilən xidmətlər haqqında danışıblar. Çıxışlarda əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına yönəlmiş layihələr, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə yaradılmış günərzi qayğı mərkəzlərinin fəaliyyəti yüksək qiymətləndirilib. Bayram tədbirində mərkəzə cəlb olunmuş uşaqların musiqi, rəsm, bədii qiraət və digər bacarıqları nümayiş etdirilib. Sonda uşaqlar və onların ailələrinə bayram sovqatları ilə sevindirilib.

Xətaidə yanan binaya görə tutulanlar azadlığa buraxıldı

30 Dekabr 2016 11:38

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqovun, Zaur Əşrəfovun və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Spirtli içkilər, soyuq silahlar və digər mallar aşkar edilib- VİDEO

30 Dekabr 2016 11:37

Rusiya Federasiyasından Azərbaycan Respublikasının vətəndaşı Əhmədov Mübariz Fərhad oğlunun adına daxil olan avtomaşında bəyan olunmayan spirtli içkilərin, soyuq silahlara oxşar predmetlərin və digər malların olması ilə bağlı Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyat məlumatı daxil olub.

“Bordyuja öz səlahiyyətlərindən kənara çıxıb”

30 Dekabr 2016 11:33

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar normal qaydada aparılmadığı, erməni qoşunları işğal edilmiş Azərbaycan torpaqlarından çıxmadığı təqdirdə sərhəddə və cəbhədə hərbi toqquşmalar davam edəcək”.

Ancelina Colidən gözlənilməz qərar

30 Dekabr 2016 11:30

Aktrisa Ancelina Coli ABŞ-ı tərk etmək fikrindədir. Daha əvvəl aktyor Bred Pitlə boşandıqdan sonra Londonda yaşayacağını bildirən aktrisa fikrini dəyişib. O, Kambocada, Afrika cəngəlliklərində yerləşən gizli malikanəsinə getmək istədiyini söyləyib.

Sarkisyan seçkilərin vaxtını AÇIQLADI

30 Dekabr 2016 11:28

Ermənistanda parlament seçkilərinin vaxtı müəyyənləşib. Ermənistan prezidenti Serj Sarkisyan 2017-ci ildə keçirilməsi planlaşdırılan parlament seçkilərinin vaxtını elan edib. Sarkisyan bununla bağlı müvafiq sərəncam imzalayıb. Ermənistan prezidentinin rəsmi internet səhifəsində yer alan məlumata görə, parlament seçkiləri 2017-ci il aprelin 2-də keçiriləcək.  "Ölkə üzrə ümumilikdə 38 seçki məntəqəsi fəaliyyət göstərəcək. Bunlardan 10-u paytaxt İrəvanda, digərləri isə əyalətlərdə olacaq", - deyə Ermənistan Mərkəzi Seçki Komissiyasından bildirilib.

Ermənistan öz çirkin əməlləri ilə Azərbaycan xalqına qarşı qeyri-insani simasını nümayiş etdirir

30 Dekabr 2016 11:25

Ermənilər tərəfindən sosial şəbəkələrdə Azərbaycan əsgərinin cəsədinin fotolarının yayılması ilə bağlı Müdafiə Nazirliyi açıqlama yayıb.

Türkiyə ordusu yenə itki verdi

30 Dekabr 2016 11:22

Suriyanın Əl-Bab bölgəsində bir türk hərbçi ölüb, 5-i yaralanıb. Əməliyyat zamanı 26 İŞİD silahlısının zərərsizləşdirildiyi bildirilir. Bundan başqa, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar İŞİD-in 17 mövqeyini məhv edib. Rusiya qırıcılarının hava zərbələri nəticəsində isə 12 İŞİD-çi zərərsizləşdirilib.  Bu barədə Trend "Habertürk" qəzetinə istinadən məlumat verir.

Məscidin qapısına donuz basdırması qoyan ingilis öldü

30 Dekabr 2016 11:21

Məscidin qapısına donuz basdırması qoyan ingilis ölüb. İngiltərənin Bristol şəhərindəki "Jamia" məscidinin qapısına donuz basdırması dilimləri qoyan ingilis Kevin Krehan adlı məhkum həbsxanada dünyasını dəyişib. 35 yaşlı Kevinin ölümü ilə bağlı araşdırmalar aparılır.