Sarkisyan seçkilərin vaxtını AÇIQLADI

Ermənistanda parlament seçkilərinin vaxtı müəyyənləşib. Ermənistan prezidenti Serj Sarkisyan 2017-ci ildə keçirilməsi planlaşdırılan parlament seçkilərinin vaxtını elan edib. Sarkisyan bununla bağlı müvafiq sərəncam imzalayıb. Ermənistan prezidentinin rəsmi internet səhifəsində yer alan məlumata görə, parlament seçkiləri 2017-ci il aprelin 2-də keçiriləcək.  "Ölkə üzrə ümumilikdə 38 seçki məntəqəsi fəaliyyət göstərəcək. Bunlardan 10-u paytaxt İrəvanda, digərləri isə əyalətlərdə olacaq", - deyə Ermənistan Mərkəzi Seçki Komissiyasından bildirilib.

Qeyd edək ki, Sarkisyanın seçkiləri 2 aprel tarixinə təyin etməsi heç də təsadüf deyil. Həmin gün aprel döyüşlərinin 1 ili tamam olacaq. Xatırladaq ki, Ermənistanda sonuncu parlament seçkiləri 2012-ci ildə keçirilib. Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31