Aztəminatlı ailələrin uşaqları sevindirilib

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Beyləqan Günərzi Qayğı Mərkəzinə cəlb edilmiş uşaqlar və onların valideynləri üçün bayram tədbiri keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə çıxış edənlər Günərzi qayğı mərkəzinin fəaliyyətindən söz açan natiq sağlamlıq imkanları məhdud və sosial təhlükəli vəziyyətdə yaşayan uşaqlara, həmçinin onların ailələrinə, valideynlərə göstərilən xidmətlər haqqında danışıblar. Çıxışlarda əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına yönəlmiş layihələr, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə yaradılmış günərzi qayğı mərkəzlərinin fəaliyyəti yüksək qiymətləndirilib. Bayram tədbirində mərkəzə cəlb olunmuş uşaqların musiqi, rəsm, bədii qiraət və digər bacarıqları nümayiş etdirilib. Sonda uşaqlar və onların ailələrinə bayram sovqatları ilə sevindirilib.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Beyləqan Günərzi Qayğı Mərkəzinə cəlb edilmiş uşaqlar və onların valideynləri üçün bayram tədbiri keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə çıxış edənlər Günərzi qayğı mərkəzinin fəaliyyətindən söz açan natiq sağlamlıq imkanları məhdud və sosial təhlükəli vəziyyətdə yaşayan uşaqlara, həmçinin onların ailələrinə, valideynlərə göstərilən xidmətlər haqqında danışıblar. Çıxışlarda əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına yönəlmiş layihələr, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə yaradılmış günərzi qayğı mərkəzlərinin fəaliyyəti yüksək qiymətləndirilib. Bayram tədbirində mərkəzə cəlb olunmuş uşaqların musiqi, rəsm, bədii qiraət və digər bacarıqları nümayiş etdirilib. Sonda uşaqlar və onların ailələrinə bayram sovqatları ilə sevindirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31