Hərbi hissədə bayram tədbiri keçirilib
Gənclər və İdman Nazirliyi tərəfindən “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibəti ilə Qaradağ rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində “Vətənimə xidmət edirəm” adlı mədəni-kütləvi tədbir keçirilib.
30 Dekabr 2016 11:46 SosialGənclər və İdman Nazirliyi tərəfindən "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" münasibəti ilə Qaradağ rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində "Vətənimə xidmət edirəm" adlı mədəni-kütləvi tədbir keçirilib. "OLAYLAR"-ın nazirliyin mətbuat katibliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə Nazirliyin sektor müdiri Əli Məmmədov çıxış edərək, hərbi hissənin şəxsi heyətini əlamətdar gün münasibəti ilə təbrik edib, müstəqil dövlətçiliyimizin inkişafı yolunda 2016-cı ildə ölkəmizdə həyata keçirilmiş mühüm işləri bir daha diqqətə çatdırdı, ordu quruculuğu proseslərindən, "Multikulturalizm İli" çərçivəsində görülmüş işlərdən və ictimai-siyasi proseslərdə gənclərin rolundan ətraflı danışıb. Daha sonra xidmətdə fərqlənən bir qrup əsgər və zabit Nazirlik tərəfindən mükafatlandırılıb, hərbi hissəyə idman ləvazimatları hədiyyə edilib. Rəsmi hissədən sonra gənc mügənnilərin ifasında şəxsi heyət üçün hazırlanmış konsert proqramı ilə tədbir yekunlaşıb.