Millət vəkilindən sərt sözlər

“KTMT-yə baş katibliyini sürdürməkdə olan Nikolay Bordyuja Azərbaycan-Ermənisatan sərhəddindəki erməni təxribatında bizi suçlandırmağa cəhd etmək və bu zaman Dağlıq Qarabağdakı qondarma qurumu "respublika" adlandırmaqla demək istəyir ki, onun erməni generalla əvəzlənməsinə heç ehtiyac da yoxdur”.

"Bordyuja özü elə ermənilik edir"

"KTMT-yə baş katibliyini sürdürməkdə olan Nikolay Bordyuja Azərbaycan-Ermənisatan sərhəddindəki erməni təxribatında bizi suçlandırmağa cəhd etmək və bu zaman Dağlıq Qarabağdakı qondarma qurumu "respublika" adlandırmaqla demək istəyir ki, onun erməni generalla əvəzlənməsinə heç ehtiyac da yoxdur". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə millət vəkili Sahib Alıyev çıxış edib. Onun sözlərinə görə, çünki Bordyuja özü elə ermənilik edir: "Amma məsələ burasındadır ki, Qazaxıstan və Belarus prezidentləri Bordyujanın baş katibliyini sürdürməsinə etiraz etməsələr də, erməni sayaq davranışına göz yuma bilməzlər. Çünki onlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi sayırlar və bununla bağlı qəti mövqelərini də dəfələrlə ortaya qoyublar. Yaxşı olar ki, Azərbaycannın media təmsilçiləri həm Qazaxıstanla Belarus, həm də Ermənistanı çıxmaqla KTMT-nin digər üzvlərinin rəsmilərindən Bordyujanın bu açıqlamasına necə yanaşdıqlarını soruşsunlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31