Metro stansiyalarında konsert proqramı təşkil olunacaq

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Bakı Metropolitenində bir sıra konsert proqramları keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev xəbər verib. O, bildirib ki, metropolitenin stansiyalarında konsert proqramı 4 gün davam edəcək. Belə ki, dekabrın 30-da başlayan konsert proqramı hər stansiyada 1,5 saat davam edəcək. Öncə klassik, daha sonra xalq mahnıları ifa ediləcək. Konsert proqramı metronun "28 May", "Elmlər Akademiyası", "İçəri şəhər" və bənövşəyi xəttin Memar Əcəmi" stansiyalarında yanvarın 2-dək davam edəcək.

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Bakı Metropolitenində bir sıra konsert proqramları keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev xəbər verib. O, bildirib ki, metropolitenin stansiyalarında konsert proqramı 4 gün davam edəcək. Belə ki, dekabrın 30-da başlayan konsert proqramı hər stansiyada 1,5 saat davam edəcək. Öncə klassik, daha sonra xalq mahnıları ifa ediləcək. Konsert proqramı metronun "28 May", "Elmlər Akademiyası", "İçəri şəhər" və bənövşəyi xəttin Memar Əcəmi" stansiyalarında yanvarın 2-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31