Azərbaycanda vergi amnistisiyası tətbiq ediləcək

Milli Məclisin plenar iclasında "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsinə baxılıb. “Olaylar” xəbər verir ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad bildirilib ki, son illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində dövlət başçısı tərəfindən mühüm addımlar atılır.

Milli Məclisin plenar iclasında "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsinə baxılıb. "Olaylar" xəbər verir ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad bildirilib ki, son illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində dövlət başçısı tərəfindən mühüm addımlar atılır. Qanun layihəsinin məqsədi Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılmasıdır. Layihənin birinci maddəsi Vergi ödəyicilərinin vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər üzrə borclarının tənzimlənməsi adlanır. Vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci il 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. 2-ci maddə Vergi ödəyicilərinə vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış vergi borcların tənzimlənməsi adlanır. Həmin maddədə göstərilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən vergi orqanları tərəfindən vergi ödəyicisinə tətbiq edilən maliyyə sanksiyaları üzrə 2017-ci il 1 yanvar tarixinə yaranmış, həmin tarixə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borclar müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31