Əhalinin radiasiya təhlükəsizliyi fərqli aparılacaq

Əhalinin radiasiya təhlükəsizliyi fərqli formada aparılacaq. “Olaylar” xəbər verir ki, bu Milli Məclisin payız sessiyasının son iclasında müzakirəyə çıxarılan “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” qanunda öz əksini tapıb. layihə haqqında məlumat verən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, dəyişikliyin məqsədi qanunun “Lisenziyalar haqqında” qanuna uyğunlaşdırılması üçündür.

Əhalinin radiasiya təhlükəsizliyi fərqli formada aparılacaq. "Olaylar" xəbər verir ki, bu Milli Məclisin payız sessiyasının son iclasında müzakirəyə çıxarılan "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" qanunda öz əksini tapıb. layihə haqqında məlumat verən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, dəyişikliyin məqsədi qanunun "Lisenziyalar haqqında" qanuna uyğunlaşdırılması üçündür. Onun sözlərinə görə, qanunun əvvəlki versiyasında, radioaktiv və ionlaşdırıcı tullantıların basdırılması ilə bağlı fəaliyyəti dövlət inhisarında olmaqla müvafiq icra hakimiyyətləri müəyyən edirdi. Amma yeni dəyişikliyə əsasən, tullantılar və tullantıların basdırılmasını artıq müvafiq icra hakimiyyəti orqanları tərəfindən lisenziyalaşdırılmış şəkildə mütəşəkkil qaydada aparılacaq. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31